Əlihüseyn Ələsgər oğlu Hüseynov, və ya Yaquar (d. 15 dekabr 1957, Salyan, Azərbaycan SSR, SSRİ – ö. 24 oktyabr 2017, Bakı, Azərbaycan) — Azərbaycan kəşfiyyatçısı, Qarabağ müharibəsi iştirakçısı.
Əlihüseyn Hüseynov | |
---|---|
Əlihüseyn Ələsgər oğlu Hüseynov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Salyan, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (59 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | Binanın üstündən yıxılma |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Nərgiz Hüseynova |
Uşaqları |
Röya Hüseynzade Rəvan Hüseynzade Soltan Hüseynzade |
Atası | Ələsgər Hüseynov |
Anası | Durna Hüseynova |
Əlihüseyn Hüseynov müharibədə kəşfiyyatçı olub, qəhrəmanlıqlarına görə ona "Yaquar" ləqəbi verilib.[1] O, Şıxov batalyonunda erməni işğalçılarına qarşı qəhrəmanlıqla döyüşüb.[2] Daşaltı əməliyyatında iştirak edib.[3]
O, Azərbaycan Vətən Müharibəsi Veteranları Səbail rayon təşkilatının müavini olub.[2]
2017-ci il oktyabrın 24-də Əlihüseyn Hüseynov Bakının Səbail rayonu, "Oksford" məktəbi ilə üzbəüz yerləşən hərbçilərin yaşadığı binanın damına su çənini düzəltmək üçün çıxmış və binanın üstündən yıxılaraq yerə düşüb və hadisə yerindəcə vəfat edib.[1] Badamdar qəbiristanlığında dəfn edilib.[2]
Ailəli idi, 3 övladi var.[2]