Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Əlihüseyn Alışan oğlu Hidayətov (1 yanvar 1947, Kəlvəz, Lerik) — tibb elmlər doktoru, professor-qastroenteroloq, Azərbaycan Respublikasının Əməkdar Həkimi, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsinin daxili xəstəliklər kafedrasının müdiri.[mənbə göstərin]
Əlihüseyn Hidayətov | |
---|---|
Əlihüseyn Alışan oğlu Hidayətov | |
Doğum tarixi | 1 yanvar 1947 (77 yaş) |
Doğum yeri | Kəlvəz, Lerik rayonu, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | elmlər doktoru |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Tibb Universiteti |
Mükafatları | Respublikanın "Əmək həkimi" |
Əlihüseyn Hidayətov 1970-ci ildə Azərbaycan Tibb İnstitutunu (hazırda Azərbaycan Tibb Universiteti) fərqlənmə diplomu ilə bitirmişdir. 1970–1972-ci illərdə Sovet Ordusu sıralarında alay tibb xidmətinin rəisi vəzifəsində qulluq etmişdir. 1972–1974-ci illərdə qastroenterologiya ixtisası üzrə kliniki ordinaturada təhsilini davam etdirmişdir. 1975–1988-ci illərdə Azərbaycan Elmi Tədqiqat Rentqenologiya, Radiologiya və Onkologiya İnstitutunda kiçik, sonra baş elmi vəzifələrində çalışmışdır. Azərbaycan 1988–1991- Elmi Tədqiqat Qastroenterologiya İnstitutunda baş elmi işçi vəzifəsini tutmuşdur.
1991-ci ildən Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsinin daxili xəstəliklər kafedrasının müdiri vəzifəsinə seçilmiş və hal-hazırda həmin kafedraya rəhbərlik edir. 1977-ci ildə Moskva vilayəti Elmi Tədqiqat-kliniki İnstitutunda namizədlik və 1990-cı ildə Moskva Tibb Akademiyasında doktorluq dissertasiyasını müdafiə etmişdir.
1992-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş qastroenteroloqudur.
1999–2000-ci illərlə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Elm və Texnika Komitəsində biologiya və tibbi problemlər şurasının sədri vəzifəsini aparmışdır. 2003–2006-cı illərdə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb ixtisası üzrə ekspert şurasının sədri vəzifəsində çalışmışdır. 2006-cı ildən ATU-da fəaliyyət göstərən ixtisaslaşdırılmış müdafiə şurasının sədri vəzifəsini aparır.
Ə. Hidayətov 200-dən artıq çap olunmuş elmi işlərin, o cümlədən 14 dərslik dərs vəsaiti, monoqrafiya, metodik tövsiyə və 1 ixtiranın müəllifidir. Onun elmi işləri Yaponiya, Almaniya, Fransa, Amerika, Türkiyə və b. ölkələrdə çap olunmuşdur. Professor Ə.A. Hidayətovun rəhbərliyi altında 7 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə olunmuş, 3 namizədlik dissertasiyası sınaq müdafiəsindən sonra ixtisaslaşdırılmış müdafiə şurasına təqdim edilmişdir, 1 dokturluq dissertasiyası sınaq müdafiəsindən keçmişdir. Hazırda Professor Ə.A. Hidayətovun rəhbərliyi altında 2 doktorluq və 2 namizədlik dissertasiyası yerinə yetirilir.
Professor Ə.A. Hidayətov Azərbaycan Qastroenteroloq və Hepatoloqlar cəmiyyətinin sədridir. Hazırda Ə.A. Hidayətov "Turkish journal of Gastroenterology" və Azərbaycan Tibb jurnalının redaksiya şurasının üzvüdür.