Əliheydər Kazımov (28 fevral 1963-cü il; Əlibayramlı (indiki Şirvan) - 2 iyul 1992-ci il; Bakı şəhəri) — Qarabağ müharibəsinin şəhidi.
Əliheydər Kazımov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Əlibayramlı (indiki Şirvan), Azərbaycan |
Vəfat tarixi | (29 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Qaradağ rayonu Lökbatan qəsəbəsi |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Döyüşlər | Qarabağ müharibəsi |
Əliheydər Əliağa oğlu Kazımov 28 fevral 1963-cü ildə keçmiş Əlibayramlı (indiki Şirvan) şəhərində doğulub. 1970-ci ildə şəhərdəki orta məktəbin I sinfinə daxil olub, V sinifə qədər burada oxuyub, daha sonra təhsilini H.Cavid adına 132 saylı orta məktəbdə davam etdirib.[1]
1976-1980-ci illərdə Asəf Zeynallı adına musiqi məktəbinin Fortepiano şöbəsində daxil olan Əliheydər 1990-1992-ci illərdə Qaradağ rayonunun Sahil qəsəbəsindəki 228 saylı tam orta məktəbdə musiqi müəllimi kimi işləyib.[2]
1992-ci il 1-ci Qarabağ döyüşləri başlayanda vətənin qəhrəman oğulları kimi Əliheydər də döyüşə yollanıb. 1992-ci il iyunun 20-də Füzuli rayonunun Qacar kəndi uğrunda gedən ağır döyüşlərin birində yaralanaraq Bakıya gətirilib, lakin qrad qəlpələri səbəbindən aldığı xəsarətlər nəticəsində Əliheydəri yenidən həyata qaytarmaq mümkün olmayıb. 1992-ci il iyulun 2-də Əliheydər Kazımov həyatla vidalaşıb. Şəhidlik adlı müqəddəs zirvəyə ucalanlardan olub. Qaradağ rayonunun Lökbatan qəsəbəsində ümumi qəbristanlıqda dəfn edilib.[3]
Əliheydər Kazımov müharibəyə gedəndə ailəli olub. Bir oğul atasıdır.
Əliheydər Kazımovun vaxtı ilə çalışdığı 228 nömrəli tam orta məktəb hazırda onun adını daşıyır.
228 nömrəli tam orta məktəbin qarşısında Əliheydər Kazımovun xatirəsinə həsr olunan bulağın açılışı olub.[4]