Əlincə ekstruzivi İlandağ ekstruzivindən 5,5 km şimal-qərbdə, Əlincə çayının sağ sahilində, Xanagah kəndinin yaxınlığında çay yatağına nisbətən 380 m (mütləq hündürlüyü 1811,9 m) yüksəkdə qərar tutmuşdur. O özlüyündə aralarında milli qəhrəman Babəkin istehkam məntəqələrindən biri sayılan qədim Əlincə və ya Ərəncik qalasının (Ərlər, yəni qəhrəmanlar qalası) yerləşdiyi üç ayrı-ayrı zirvəli dik konusdan ibarətdir. Submeridional istiqamətli ellips formalı bu ekstruziv günbəzin bünövrəsinin sahəsi 1,3 kv.km-ə çatır.
Əlincə ekstruzivi | |
---|---|
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Orta eosen çöküntü qatını yaran bu ekstruziv günbəz cəhrayı-boz rəngli andezit-dasitlərdən təşkil olunmuşdur.