Əliosman Qədimbəyli (azərb. Əliosman Elbəniz oğlu Qədimbəyli; d. 1984, Şəki) — Neyrocərrah, Tibb Elmləri Doktoru[1].
Əliosman Qədimbəyli | |
---|---|
Əliosman Elbəniz oğlu Qədimbəyli | |
Doğum tarixi | |
Doğum yeri | Şəki |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Neyrocərrah |
Təhsili | Azərbaycan Tibb Universiteti |
Tanınır | Tibb Elmləri Doktoru |
1984-cü ildə Şəki şəhərində doğulmuşdur.
Şəki şəhər 2 saylı orta məktəbi bitirmişdir. İxtisası Neyrocərrahdır. Baş beyin, onurğa sütunu və periferik sinirlər üzrə cərrahi əməliyyatları icra etməkdədir. Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakultəsini 2006-cı ildə bitirmişdir. Bundan sonra ixtisasının təkmilləşməsi üçün Türkiyədə Ege Universitetində təhsil alaraq müasir neyrocərrahiyyənin ən son nəaliyyətlərini əldə etmişdir. Türkiyədə ixtisasını təkmilləşdirib tamamladıqdan sonra Avropanın bəzi ölkələrində Almaniyada, Praqada müxtəlif kurslarda iştirak etmişdir.
Neyrocərrah Əliosman Qədimbəyli 2014-cü ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində namizədlik dissertasiyasını müdafiə edərək "Tibb Elmləri Namizədi" elmi dərəcəsini əldə etmişdir. Bundan sonra neyrocərrah Əliosman Qədimbəyli 2019-cu ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində (Первый Московский государственный медицинский университет имени И. М. Сеченова) doktorluq dissertasiyasını müdafiə edərək "Tibb Elmləri Doktoru" alimlik dərəcəsi əldə etmişdir.
İlk dəfə olaraq Azərbaycanda fransız üsulu olan discogelin tətbiqi ilə disk yırtıqlarının (qrijalarının) əməliyyatsız olaraq müalicəsini həyata keçirməkdədir. Eyni zamanda bel və boyun disk yırtıqlarının qansız, ağrısız (Amerikanın Medtronik Medfix şirkətinin tubular retractor və mikrocərrahi sistemi ilə) minimal invaziv mikrocərrahiyyəsini (miss) 15 dəqiqə ərzində (Almaniyanın Zeiss Opmio vario 700 mikroskopu ilə) risksiz olaraq həyata keçirməkdədir.
Üç kitab müəllifidir:
Hal hazırda Onurğa Cərrahiyyə Mərkəzinin direktoru olaraq fəaliyyət gostərməkdədir[1].