Əli Sədr ya Əlisəddi mağarası — İranın Həmədan əyalətində yerləşən böyük mağara.
Əlisədr mağarası | |
---|---|
Ümumi məlumatlar | |
Kəşf tarixi | 1965 |
Yerləşməsi | |
35°18′05″ şm. e. 48°18′13″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Əlisədr mağarası Kəbudər Ahəng şəhristanının (Kəbutərahəng adına farslaşmışdır) Gül Təpə bəxşinin Əlisədr kəndində yerləşir. Əlisədr mağarası dünyanın, içində su axan ən böyük mağarasıdır. Əlisədr kəndinin Sarı Qaya dağında yerləşən mağara gündəlik, 5000 min nəfər turisti özünə cəlb edir.[1] Sarı Qaya dağında, 7 və 11 km-lik, Subaşı və Sarab adında, iki başqa böyük böyük mağara da vardır və Əlisədrin suyunun Subaşı mağarasından qaynaqlandığı deyilir. 2001-ci ildə Alman və İngilis araşdırma qruplarının tədqiqatına görə, Əlisədr mağarasının uzunluğu 11 km-dir və içindəki ən böyük dalan 100m x 50m genişliyində və 40 m hündürlüyündədir.[2]