Əlisahib Əroğul

Əlisahib Əroğul (tam adı: Əlisahib İsrafilzadə Qiyas oğlu; d.10 sentyabr 1948, Dağ Tumas, Cəbrayıl, Azərbaycan) — nasir, publisist, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü,[1] "Qızıl qələm" mükafatı laureatı.

Əlisahib Əroğul
Əlisahib İsrafilzadə Qiyas oğlu
Doğum tarixi (76 yaş)
Doğum yeri Dağ Tumas, Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi
Fəaliyyəti yazıçı
Fəaliyyət illəri 1980-ci illərdən hazırkı dövrə qədər
Əsərlərinin dili Azərbaycan dili
İstiqamət nəsr
alisahib.net/index.html

1948-ci il sentyabr ayının 10-da Qarabağda, Cəbrayıl bölgəsinin Dağtumas kəndində anadan olub. Burada kənd səkkizillik məktəbini bitirdikdən sonra 1963-1966-cı illərdə Bakı şəhərindəki 56 saylı axşam fəhlə-gənclər məktəbində, 1967-ci ildə Bakı politexnikumunun Hidromeliorasiya şöbəsində təhsilini davam etdirmişdir.

1966-1971-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin mexanika şöbəsində təhsil almışdır. 1976-cı ildə isə Marksizm-Leninizm Universitetinin iqtisadiyyat fakültəsini bitirmişdir.

Qarabağ müharibəsi veteranıdır. Məcburi köckün kimi Bakı şəhəri, Nəsimi rayonu, Droqal döngəsi ev 4, mənzil 24-də məskunlaşmışdır.

Ailəlidir, 3 övladı, 7 nəvəsi var.

Əmək və İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyətinə Bakıda inşaatçı fəhlə kimi başlamışdır. Sonra elmi işçi, müəllim, məktəb direktoru işləmişdir. Belə ki, 1971-1972-ci illərdə “Neftkimavtomat” ETLI-da elmi işci, 1972-1973-cü illərdə müəllim, 1973-1976-ci illərdə məktəb direktoru, 1976-1980-cı illərdə Cəbrayıl rayon partiya komitəsinin təşkilat şöbəsində təlimatçı, 1980-1989-cu illərdə Cəbrayıl rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1989-92-ci illərdə Cəbrayıl rayon XDS İK-nin katibi, 1992-1993-cü illərdə “Günbəz” tikinti-təmir kooperativinin sədri işləmişdir. Erməni-daşnak faşistləri tərəfindən 23 avqust 1993-cü ildə Cəbrayıl şəhəri işğal olunarkən ev-eşiyindən didərgin salınmışdı. Həmən il Gəncə şəhərində məskunlaşmışdır.

Gəncə şəhərində 1993-1996-cu illərdə Azərbaycan Aqrar Ekologiya İnstitutunda prorektor, baş müəllim, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında böyük mühəndis, 1996-2000-ci illərdə Gəncə Gil-Torpaq İB-də iqtisadçı-mühəndis vəzifələrində çalışmışdır. 1994-2006-cı illərdə ictimai əsaslarla "Ekologiya" nəşriyyatının direktoru olmuşdur. 2006-cı ildən Cəbrayıl rayonu 19 saylı orta məktəbdə müəllim işləmişdir.

2000-ci ildən QHT-də çalışır. Azərbaycan Qaçqın Yazarlar İctimai Birliyinin vitse-prezidentidir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Əlisahib Əroğul 1993-cü ildən AYB-nin üzvüdür. O, bir sıra roman, povest, hekayə və publisistik yazıları ilə respublika mətbuatında çıxış edir. Əroğul bədii yaradıcılığa XX əsrin 80-ci illərindən başlamışdır. "Osmanoğlu" adlı ilk mətbu hekayəsi 1989-cu ildə "Ulduz" jurnalında dərc edilmişdir. 1990-cı ildə "Karvan" jurnalında "Dəli Salatın" povesti, 1991-ci ildə "Ulduz" jurnalında "Ovçu Cəbrayılın tulaları" hekayəsi çap edilmişdir.[1] 1991-ci ildə "Gənclik" nəşriyyatının buraxdığı "Mənim fikrim" kitabında "Göz görür, ağıl kəsirsə" publisist yazısı dərc olunmuşdur. Dövrü mətbuatında publisistik məqalələrlə vaxtaşırı çıxış edir.

1991-1993-cü illərdə "Həqiqət", "And", "Oğuz eli" qəzetləri ilə əməkdaşlıq etmişdir.

24 kitab müəllifidir. 2007-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərində ("Ufuk Ötesi Yayınları") türk dilində “Kemik dökülen Dere” adlı kitabı işığ üzü görmüşdür.

"Böyük Nazar" romanı Sumqayıt şəhər bələdiyyəsinin, "Erməni-daşnaq-faşizmi və Azərbaycan" kitabı isə VIII Bakı Kitab bayramının mükafatına layiq görülmüşdür.

  • 1. Əlisahib İsrafilzadə. “At oğrusu” (povest və hekayələr). Bakı, “Gənclik”, 1992-ci il. 88 səh., tirajı 4000;
  • 2. Əlisahib İsrafilzadə. “Sızıntıların və sızıltılarım” (bədii publisistika). Bakı, “Ekologiya”, 1996-ci il. 148 səh., tirajı 1000;
  • 3. Əlisahib İsrafilzadə. “Leyləklər yuvasına qayıdacaqmı” (Qarabağ hekayələri). Bakı, “Ekologiya”, 1996 –cı il. 128 səh., tirajı 1000;
  • 4. Əlisahib İsrafilzadə. “Boğanaq” (povest və hekayələr). Bakı, “Ekologiya”, 1997 –cı il. 151 səh., tirajı 500;
  • 5. Əlisahib İsrafilzadə. “Gürzə gözü” (roman). Bakı, “Ekologiya”, 1998-ci il. 232 səh.,tirajı 1000;
  • 6. Əlisahib ƏROĞUL. “Torpaq ətirli insan” (bədii publisistika). Bakı, “Ekologiya”, 2002-ci il. 192 səh., tirajı 200;
  • 7. Əlisahib ƏROĞUL. “Yəhya Çələbi-haq dünyamızın işiğı” (bədii publisistika). Bakı, “Ekologiya”, 2002-ci il. 164 səh., tirajı 500;
  • 8. Əlisahib ƏROĞUL. “Tiqana” (hekayələr toplusu). Bakı, “Ekologiya”, 2002-ci il. 392 səh., tirajı 300;
  • 9. Əlisahib ƏROĞUL. “İki gövhər-iki inci” (bədii publisistika). Bakı, “Ekologiya”, 2003-ci il. 488 səh., tirajı 1000;
  • 10. Əlisahib ƏROĞUL. “Böyük Nazar” (roman). Bakı, “Ekologiya”, 2005-ci il. 307 səh., tirajı 300;
  • 11. Əlisahib ƏROĞUL. “Cəbrayılım-müqəddəs torpaq” (bədii publisistika). Bakı, “Ekologiya”, 2006-ci il. 412 səh., tirajı 300;
  • 12. Əlisahib ƏROĞUL. “Erməni-daşnaq faşizmi və Azərbaycan” (bədii publisistika). Bakı, “Təhsil”, 2007-ci il. 410 səh., tirajı 500;
  • 13. Ali Sahip EROĞUL. “Kemik dökülen Dere” (Karabag hikayeleri). İstanbul, Ufuk Ötesi Yayınları, 2007-ci il. 242 səh., tirajı 1000;
  • 14. Əlisahib ƏROĞUL. "Boz Adam" (Seçilmiş əsərlər toplusu). Bakı, "Təknur", 2008-ci il. 535 səh., tiraj 500;
  • 15. Əlisahib ƏROĞUL. "Cəbrayıl ziyarətgahları". Bakı, "Təknur", 2009-cu il. 260 səh., tiraj 500;
  • 16. Əlisahib ƏROĞUL. "Azərbaycanda erməni-daşnak terrorunun xronologiyası". Bakı, "Təknur", 2009-cu il. 193 səh., tiraj 500;
  • 17. Əlisahib ƏROĞUL. "Qazanxan yurdu-Qazanzəmi". Bakı, "Təknur", 2009-cu il. 100 səh., tiraj 500;
  • 18. Əlisahib ƏROĞUL. "Əmir Teymurun fəryadı". Bakı, "Təknur", 2009-cu il. 200 səh., tiraj 500;
  • 19. Əlisahib ƏROĞUL. "Şeirlər, haqlar, andlar, dua və xitablar". Bakı, “Ekologiya”, 2010-cu il. 140 səh., tirajı 300;
  • 20. Əlisahib ƏROĞUL. "Qeyrətin harayı". Bakı, "Təknur", 2010-cu il. 192 səh., tiraj 300;
  • 21. Əlisahib ƏROĞUL. "Oğullar ər doğulanda". Bakı, "Təknur", 2010-cu il. 328 səh., tiraj 200;
  • 22. Əlisahib ƏROĞUL. "Tumas və tumaslılar". Bakı, "Təknur", 2010-cu il. 340 səh., tiraj 200;
  • 22. Əlisahib ƏROĞUL. "Halə". Bakı, "Təknur", 2011-ci il. 208 səh., tiraj 200;
  • 23. Əlisahib ƏROĞUL. "Cəbrayılın qadın səlnaməsi", Bakı, "Təknur", 2011-ci il. 304 səh., tiraj 300;
  • 24. Əlisahib ƏROĞUL. "Qeri-türk müəlliflər erməniləri ittiham edir", Bakı, "Təknur", 2011-ci il. 320 səh., tiraj 500;
  • 25. Əlisahib ƏROĞUL. "Azərbaycanda erməni-daşnak terrorunun xronologiyası". (II buraxılış) Bakı, "Təknur", 2011-cu il. 320 səh., tiraj 500;
  • 26. Əlisahib ƏROĞUL. "Halə" (hekayələr). Bakı, "Təknur", 2011-ci il. 608 səh., tiraj 500;
  • 27. Əlisahib ƏROĞUL. "İslama gəlin ey insanlar". Bakı, "Təknur", 2012-ci il. 320 səh., tiraj 1000;
  • 28. Əlisahib ƏROĞUL. "Aşıq Pəri. Həyatı, mühiti və sənəti . Bakı, "Şərq-Qərb", 2014-cü il. 200 səh., tiraj 500;
  • 29. Əlisahib ƏROĞUL. "Müsəlmanın əxlaq kodeksi". Bakı, "Təknur", 2015-ci il. 210 səh., tiraj 2000;
  • 30. Əlisahib ƏROĞUL. "Aşıq Pəri". Bakı, "Yeni Poliqraf"MMC, 2016-cı il. 200 səh., tiraj 500;
  • 31. Əlisahib ƏROĞUL. "Tumas Ata və Tumaslılar". Bakı, "Yeni Poliqraf"MMC, 2016-cı il. 300 səh., tiraj 500;
  • 32. Əlisahib ƏROĞUL. "Gəncliyimizin portreti - Famil Balayev. Bakı, "Mütərcim", 2016-cü il. 204 səh., tiraj 100;
  • 33. Əlisahib ƏROĞUL. "Şiştəpəli polkovnikin əfsanəsi". Bakı, "Mütərcim", 2017-ci il. 230 səh., tiraj 300;
  • 34. Əlisahib ƏROĞUL. "Salam Türkiyə" (şeirlər). Bakı, "Yeni Poliqraf"MMC, 2017-ci il. 200 səh., tiraj 300;
  • 35. Əlisahib ƏROĞUL. "Seyid Nigari" (roman). Bakı, "Papirus NP", 2018-ci il. 400 səh., tiraj 1000;
  • 36. Əlisahib ƏROĞUL. "ABŞ-da balta əhvalatı". Bakı, "Təknur", 2018-ci il. 350 səh., tiraj 400;
  • 37. Əlisahib ƏROĞUL. "Özlü söz -Sözün doğrusu. Müfəssəl Asərbaycan tarixi". Bakı, "Təknur", 2018-ci il. 300 səh., tiraj 500;
  • 38. Əlisahib ƏROĞUL. "Asərbaycan tarixi dünya çapında". Bakı, "Adiloğlu", 2019-cu il. 350 səh., tiraj 500;

[https://web.archive.org/web/20130811092523/http://alisahib.net/heyati.htm Arxivləşdirilib 2013-08-11 at the Wayback Machine Əlisahib Əroğul (Həyatı)

  1. 1 2 Əhmədov, Teymur. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə). Bakı: Nurlar nəşriyyatı. 2011. səh. 290.