Dağtumas — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd.Tanınmış müəllimi: Rasta Hüseynova
Dağ Tumas | |
---|---|
39°22′22″ şm. e. 46°45′47″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.210 m |
Saat qurşağı | |
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir[1].
Dağ Tumas oyk, mür. Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Tumas olmuşdur. Sonralar bu kənddən ayrılmış ailələr Tumaslı (Bərdə və Şərur r-nları), Çaytumas (Qubadlı rayonu) kəndlərini saldıqdan sonra, birini digərindən fərqləndirmək məqsədilə dağ yamacında yerləşən bu kənd Dağ Tumas adlandırılmışdır.[2] Cəbrayılın ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m).
Əhalisi:
Anar Məmmədov — kapitan, Vətən müharibəsi şəhidi
Vahid Məmmədov — Qarabağ Müharibəsi şəhidi
Mahir Allahquliyev — Qarabağ Müharibəsi şəhidi
Əlisahib Əroğul - nasir, publisist, yazıçı
Cəbrayıl rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |