Əllər və rənglər (film, 1974)

Filmin süjeti təzadlar üzərində qurulmuşdur. Burada rəssam Toğrul Nərimanbəyovun "Xoşbəxtlik", "Həyat Naminə" rəngkarlıq əsərləri gözlərimiz önündə canlanır. Onu xalça toxuyan qızın əlləri əvəz edir. Heykəltəraşın yeni əsər üzərində necə həvəslə işlədiyini görürük. Bu vaxt ekranda xronikal kadrlar nümayiş etdirilir. Hitlerçilər minlərlə günahsız insanları güllələyir, asırlar. Onların əlləri qana batır. Yenidən ekranda rəssamlarımızdan Kamil Nəcəfzadənin "Analıq", Toğrul Nərimanbəyovun "Şəhər Bazarı", R.Babayevin "Çayçı" əsərləri nümayiş etdirilir. Bu gözəl əsərləri birdən-birə Vyetnam müharibəsi əvəz edir. Göydən yerə bombalar yağış kimi yağdırılır, kəndlər yandırılır, qadınlar, uşaqlar, qocalar məhv edilir, qan su yerinə axıdılır. Bunları da insanlar törədir. Yenidən ekranda ürəkaçan əsərlər görünür. Tahir Salahovun "Neftçi Portreti", "Növbəyə", "Bəstəkar Qara Qarayev" əsərləri bizə zövq verir, bu həyatda insan kimi yaşayıb yaratmağın nə qədər gözəl olduğunu bir daha tamaşaçılara xatırladır

Əllər və rənglər
Janr sənədli film
Rejissor Ramiz Axundov
Ssenari müəllifi Elçin
İstehsalçı "Azərbaycantelefilm"
İlk baxış tarixi 1974
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Ölkə SSRİ SSRİ
İl 1974
Texniki məlumatlar 1 hissə
294 metr
35 mm
Rəng rəngli

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Ramiz Axundov
Ssenari müəllifi: Elçin