Adolf Hitler

Adolf Hitler (alm. Adolf Hitler‎; 20 aprel 1889[1][2][…], Braunau-am-İnn[d], Avstriya-Macarıstan[8]30 aprel 1945[3][1][…], Fürerbunker) — alman dövlət və siyasi xadim, nasional sosializm (nasizm) ideyasının yaradıcısı, Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) sədri, 1933–1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti (fürer).

Adolf Hitler
alm. Adolf Hitler
30 yanvar 1933 – 30 aprel 1945
ƏvvəlkiKurt fon Şleyxer
SonrakıJozef Göbbels
reyxsştatqalter[d] (Prussiya)
30 yanvar 1933 – 30 aprel 1945
Almaniya Prezidenti[d]
2 avqust 1934 – 30 aprel 1945
ƏvvəlkiPaul fon Hindenburq
SonrakıKarl Dönits
Şəxsi məlumatlar
Doğum tarixi 20 aprel 1889(1889-04-20)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 30 aprel 1945(1945-04-30)[3][1][…] (56 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə ilə başına vurma[d][9]
Dəfn yeri
  • bilinmir
Partiya
Təhsili
  • Lambax abbey[d],
  • Linz realnı məktəbi[d]
Fəaliyyəti siyasətçi
Atası Alois Hitler
Anası Klara Hitler
Həyat yoldaşı
Uşağı yoxdur
Dini bilinmir
Hərbi xidmət
Mənsubiyyəti Almaniya imperiyası[7], Üçüncü Reyx
Qoşun növü Almaniya İmperiyası ordusu, Vermaxt, piyada, Reichswehr
Rəhbərlik edib
Döyüşlər
Rütbəsi yefreytor, yefreytor
Elmi fəaliyyəti
Elm sahəsi Nasional Sosializm[10], Hərbi diktatura[10], siyasət[10], hərbi qulluqçu, rəssam

Təltifləri "Hərbi xidmətə görə" ordeni Fil ordeni
Dəmir xaç
2-ci dərəcəli Dəmir xaç Golden Party Badge Honour Cross of the World War 1914/1918 Blood Order 1-ci dərəcəli Dəmir xaç Imperial Order of the Yoke and Arrows
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uşaqlığı

Adolf Hitlerin yəhudiləri soyqırım etməsinə baxmayaraq, özü yəhudi mənşəli olub. Hitlerin atası Aloisin anası Mariya Adolfun atası Aloisi qulluqçu işlədiyi evin yəhudi sahibindən qazanmışdır. Sonralar Mariya ərə getmiş və Alois atalığının soyadını götürmüşdür.[11]

Adolf Hitler 1889-cu il aprelin 20-də Avstriya-Macarıstanın müstəmləkəsi altında olan Yuxarı Avstriyanın Braunau am İnn qəsəbəsində anadan olmuşdur.[12] Atası Alois Hitler (1837–1903) əvvəllər çəkməçi, sonralar isə gömrük əməkdaşı işləmişdir. Anası Klara Hitler (1860–1907, qızlıq soyadı — Pölzl) gələcək həyat yoldaşının əmisi qızı, həm də onun evində qulluqçu olmuşdur.[13][14] Adolf Hitler Avstriya vətəndaşı olaraq dünyaya gəlsədə, 1925-ci ildə Avstriya vətəndaşlığından imtina edib.[15] Alois Hitler 1876-cı ilədək anasının soyadı olan Şiklqruber soyadını daşımış, lakin həmin il ögey atasının soyadını qəbul etmişdir.[16] Birinci evliliyindən onun 2 uşağı olmuşdur.[17][15]

Adolf Hitler körpə ikən (təxminən  1889–90)
Atası Alois Hitler
Anası Klara Hitler

Atasının ikinci evliliyindən doğulan 6 uşaqdan dördüncüsü olan Adolfun özündən əvvəl dünyaya gələn üç uşaq çox kiçik yaşlarında müxtəlif xəstəliklərdən,[18][19][20] özündən sonra doğulan 2 uşaqdan biri isə 5 yaşında olarkən qızılca xəstəliyindən vəfat etmişlər.[21][22] Adolf 13 yaşında atasını, 18 yaşında isə anasını itirmişdir.[23] Adının mənası qədim alman dilində "kübar qurd" deməkdir[24]. (Adolf = Adel + Wolf)

16 yaşında orta təhsilini başa vursa da buraxlış imtahanlarından kəsilir.[25] Orta məktəbdə çox zəif oxumasına baxmayaraq, yaxşı rəssamlıq qabiliyyəti olduğuna görə Vyana İncəsənət Akademiyasına daxil olmaq istəyir.[26] Lakin akademiya tərəfindən ona rəssamlığa yararsız olması izahatı[27] ilə iki dəfə (1907, 1908) rədd cavabı verilir. Ancaq öz istedadını daha çox memarlıq sahəsində göstərə biləcəyi tövsiyəsini alır. Sonradan üzləşdiyi maliyyə problemləri və imtahanlara lazımınca hazırlaşa bilməməsi onun memarlıq məktəbinə imtahan verməsinə imkan vermir.[28]

Birinci dünya müharibəsində iştirakı

[redaktə | mənbəni redaktə et]
Hitler digər alman əsgərləri ilə birlikdə (soldan birinci)

1913-cü ilin mayında Hitler Münhen şəhərinə köçür. Burada o akvarel satmaqla dolanır.[29][30] 1914-cü ilin sentyabrında Almaniyanın Birinci dünya müharibəsinə qatılması ilə könüllü olaraq cəbhəyə yollanır və artıq oktyabr ayında sıravi əsgər kimi 16-cı Bavariya ehtiyat alayının 1-ci bölüyünün tərkibində Qərb cəbhəsinə göndərilir.[31] Həmin ilin dekabrında II dərəcəli Dəmir xaç ordeni ilə təltif olunur[32]. 1916-cı il oktyabrın 16-da Somma çayı sahilindəki döyüşdə ayağından yaralanır.[33] 1917-ci ilin martında hospitaldan çıxdıqdan sonra baş əsgər (yefreytor) kimi yenidən öz alayına qayıdır.[34] 1918-ci ilin avqustunda sıravi əsgərlərə çox nadir hallarda verilən I dərəcəli Dəmir xaç ordeni ilə təltif edilir.[35] 1918-ci il oktyabrın 13-də İpr şəhəri yaxınlığındakı döyüşdə ingilislərin almanlara qarşı işlətdiyi gözyaşardıcı kimyəvi qazın təsirindən kontuziyaya uğrayır və müvəqqəti olaraq görmə qabiliyyətini itirir.[36] Noyabr ayında hospitalda ikən Almaniyanın qeyd-şərtsiz təslim olduğunu və kayzerin devrildiyini öyrənir.[37] Bu xəbər onu hədsiz dərəcədə sarsıdır.[38]

Alman ordularının[39] həmin dövrdə hələ də düşmən ərazisində və üstün vəziyyətdə olduğu halda birdən-birə müharibədə məğlub olması Hitlerin sonrakı baxışlarına da ciddi təsir göstərmişdir.[40]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Hitler Almaniyanın müharibədəki[41] məğlubiyyətini və monarxiyanı devirən 1918-ci il Noyabr inqilabını xainlər tərəfindən müzəffər alman ordusuna "arxadan vurulmuş zərbə" hesab edirdi. Öz siyasi fəaliyyəti çərçivəsində Bismark, Palmerston kimi şəxslərdən təsirlənmişdir.

1918-ci ilin sonunda Hitler Münhenə geri qayıtdı və yenidən ordu sıralarına yazıldı. Hərbi hissə komandirinin tapşırığına əsasən o Münhendə baş vermiş inqilabi hadisələrin iştirakçıları əleyhinə məlumat toplayırdı.[42] Kapitan Ernst Römün tövsiyəsi ilə "Alman Fəhlə Partiyası"na qoşulan Hitler tezliklə partiyanın yaradıcılarını kənarlaşdıraraq onun yeganə liderinə çevrildi. Onun təşəbbüsü ilə 1919-cu ildə[43] partiyanın adı dəyişdirilərək "Nasional Sosialist Alman Fəhlə Partiyası" (Nationalsozialistische Deutsche Arbeiterpartei, NSDAP) adlandırılır.

Partiyadakı tərəfdarları alovlu çıxışlarına və qətiyyətliliyinə görə Hitlerə "Fürer" (alm. führer — rəhbər) ləqəbi verirlər.[44]

border=none Əsas məqalə: Pivə qiyamı

1920-ci illərin əvvəllərində NSDAP Bavariyada güclü təşkilatlardan birinə çevrildi. Partiyanın silahlı dəstələrinə Ernst Röm rəhbərlik edirdi. Partiyanın rəhbərliyini demək olar ki, tamamilə öz əlində cəmləşdirmiş Hitler isə Bavariyada nəzərəçarpan və əhəmiyyətli şəxsə çevrildi.[45][46]

"Mein Kampf" kitabının ilk nəşri (iyul 1925-ci il). Berlindəki Alman tarix muzeyinin eksponatı

1923-cü ildə Rur ərazisinin Fransa tərəfindən işğal edilməsi Almaniyada yeni gərginlik yaratdı. Əvvəlcə xalqı mübarizəyə səsləyərək ölkədə iqtisadi böhrana səbəb olan sosial-demokrat hökuməti, sonradan Fransanın tələblərini qəbul etməklə həm sağ təmayüllü qüvvələr, həm də kommunistlər tərəfindən tənqidlərə məruz qaldı. Bu şəraitdə nasistlər Bavariyada hakimiyyətdə olan sağ konservativ-separatçılarla ittifaqa girərək Berlindəki sosial-demokrat hökumətinə qarşı birlikdə çıxış etməyə qərar verdilər.[47] Bavariya sağlarının rəhbəri və Bavariya torpağının diktator səlahiyyətlərinə malik olan komissarı fon Karr rəsmi Berlinin bəzi tələblərinə əməl etməkdən, xüsusilə də nasist dəstələrini buraxmaq və "Xalqın nəzarətçiləri" qəzetini (alm. Völkischen Beobachters) bağlamaqdan imtina etdi, lakin alman Baş Qərargahının qəti mövqeyi qarşısında geriyə addım atan Bavariya rəhbərləri Hitlerə bildirdilər ki, hələ Berlin hakimiyyətinə qarşı açıq şəkildə çıxış etməyə hazır deyillər.[48] Bu, Hitleri vəziyyəti öz əlinə almaq istəyinə sövq etdi.[49]

Faşizm

Faşizmin simvolu sayılan fassiyalı qartal motivi
Faşizmin simvolu sayılan fassiyalı qartal motivi

8 noyabr 1923-cü il axşam saat 9-da Hitler və Lüdendorf silahlı hücum dəstələrinin başında Bavariya hökuməti rəhbərlərinin mitinqinin keçirildiyi Münhenin "Bürgerbroykeler"[48] pivəxanasına gəldilər. İçəri girən Hitler "Berlindəki xain hökumət"in devrildiyini elan etdi. Buranı tərk edən Karr NSDAP-nin və hücum dəstələrinin buraxılması haqqında qərar verdi. Eyni zamanda E. Remin rəhbərliyi altındakı hücum dəstələri Hərb Nazirliyinin Quru qoşunları komandanlığının qərargahını ələ keçirdilər, lakin ordu qüvvələri tərəfindən mühasirəyə alındılar.[50]

Noyabrın 9-u səhər tezdən Hitler və Lüdendorf 3 min nəfərlik dəstə ilə birlikdə Hərb Nazirliyinə tərəf irəliləməyə başladılar, lakin Rezidentştrasse küçəsində polis dəstəsi onların qarşısını kəsərək atəş açdı və qiyamçılar dağıldılar. 16 partiya üzvünün həlak olduğu bu hadisə Almaniya tarixinə "Pivə qiyamı" kimi düşdü.

1924-cü ilin fevral-mart aylarında keçirilən məhkəmənin qərarı ilə Adolf Hitler 5 il müddətinə həbsə məhkum edilsə də, cəmi 10 ay sonra azadlığa buraxıldı. Həbsdə olduğu müddətdə özünün məşhur "Mənim mübarizəm" (alm. Mein Kampf) adlı kitabının birinci hissəsini yazdı. Tezliklə bu kitab NSDAP-nin əsas ideya qaynağına çevrildi.

Hakimiyyətə doğru

[redaktə | mənbəni redaktə et]

Hitlerin həbsxanada olduğu müddətdə partiya olduqca zəifləyir və həbsdən çıxdıqdan sonra o ilk növbədə partiyanı bərpa etməyə çalışır. Bu işdə ona E. Rem hücum dəstələrini bərpa etməklə yaxından kömək edir.[51] Lakin NSDAP-nin dirçəlməsində həlledici rolu Şimali və Şimal-Qərbi Almaniyanın sağ ekstremistlərini partiyaya cəlb edən Qreqor Ştrasser oynadı. Bu işdə ona qardaşı Otto və Yozef Gebbels yardım etmişdilər.[52] Bu, NSDAP-nin regional partiyadan ümummilli partiyaya çevrilməsinə şərait[53] yaratdı.

Eyni zamanda Hitler daha yüksək təbəqələr arasında da dəstək axtarırdı. O, həm ordu rəhbərliyinin bir hissəsini özünə yaxınlaşdıra bildi, həm də sənaye maqnatları ilə əlaqələr qurdu.[54][55] 1930 və 1932-ci illərdəki parlament seçkiləri nasistlərin Reyxstaqdakı sayını ciddi surətdə artırdı. Bu hal digər parlament partiyalarını nasistlərə daha ciddi yanaşmağa, onlarla hesablaşmağa və hətta koalisiya hökumətində ortaq kimi nəzərdən keçirməyə sövq edirdi.[56]

1930-cu il seçkilərində partiya 18,3% səs toplayaraq 107 yerə, 5 mart 1933-cü ildə keçirilmiş seçkilərdə isə səslərin 43,9%-ni toplayaraq[57] 288 yerə sahib oldu və Reyxstaqda hakim partiyaya çevrildi.[58][59]

Reyxstaqın yandırılması

[redaktə | mənbəni redaktə et]

Adolf Hitler 30 yanvar 1933-cü ildə hakimiyyətə gəldikdən sonra Almaniyada nasistlər xeyli gücləndilər. Hitler ilk günlərdən etibarən ölkədə demokratik azadlıqları ləğv etməyə və siyasi rəqiblərinə qarşı açıq terrora başladı. Buna haqq qazandırmaq məqsədilə 1933-cü ilin fevralın 27-də Reyxstaqın[60] binasının yandırılması təşkil olundu. Bunun təqsiri kommunistlərin üzərinə atıldı və 1933-cü ilin sentyabrında Leypsiqdə qondarma mühakimə prosesi də keçirildi. Fevralın 28-də faşist hökumətinin təklifi əsasında prezident Paul fon Hindenburq "Xalqı və dövləti müdafiə etmək" adlı fövqəladə fərmanla Veymar konstitusiyasının müəyyən etdiyi bütün azadlıqları ləğv etdi.[61]

Benito Mussolini ilə

Almaniyada Nasist partiyası istisna olmaqla bütün siyasi partiyaların fəaliyyəti dayandırıldı. Gizli polis (Gestapo) yaradıldı. 1933-cü ilin martında Hitler federativ dövlətin tərkibinə daxil olan alman torpaqlarının muxtariyyətini ləğv etdi. 1934-cü ilin avqustunda prezident Hindenburqun ölümündən sonra bütün hakimiyyət Hitlerin əlində cəmləşdi. Beləliklə, Hitlerin böyük səyləri nəticəsində Almaniyada terrorçu avtoritar faşist diktaturası bərqərar oldu. Hitler antisemitizmi dövlət siyasətinə çevirdi. 1933-cü ilin yazından yəhudilərə məxsus müəssisələrin boykot edilməsinə başlanıldı.[62] 1935-ci ildə yəhudiləri alman vətəndaşlığından məhrum edən və onların dövlət aparatında hər hansı vəzifə tutmalarını qadağan edən bir sıra qanunlar qəbul edildi. Faşist diktaturasının yaradılması ilə Versal-Vaşinqton sistemi iflasa uğramağa başladı. 1933-cü il oktyabrın 14-də Almaniya Millətlər Cəmiyyətindən çıxdı, tərksilah üzrə konfransı tərk etdi.[63][64]

Hitler 1933-cü il dekabrın 18-də Versal müqaviləsinin bütün hərbi müddəalarını ləğv etməyə, alman ordusunun sayını artırmağa.[65][66] bütün silah növlərinin istehsalının bərpa olunmasına, hərbsizləşdirilmiş Reyn zonasına ordu yeridilməsinə icazə verilməsini tələb etdi.[42] Hitlerçilərin səyi nəticəsində Almaniya Avropada müharibə ocağına çevrildi.[47]

Ərazi iddiaları

[redaktə | mənbəni redaktə et]

İkinci dünya müharibəsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: İkinci dünya müharibəsi

1 sentyabr 1939-cu ildə özəl müzakirələrdə, Hitler Britaniyanı məğlub etmək və Polşanı məhv etmək məqsədilə bu dövlətlərə qarşı müharibə etmək niyyətində idi.[49]

1939-cu il 1 sentyabr tarixində Alman qoşunları Polşaya hücuma keçdilər, 2 gün sonra buna cavab olaraq Polşa ilə aralarındakı müttəfiqlik sazişinə əsasən İngiltərəFransa Almaniyaya müharibə elan etdilər, lakin İngiltərəFransa 1940-cı ilin may ayına qədər fəal hücumlar etmədilər.[48] Bu hadisə tarixə "Qəribə müharibə" adı ilə daxil oldu. Tezliklə müharibənin miqyası genişləndi və tezliklə Avropanı, sonra isə İtalyanın səyləri ilə Şimali Afrikanı və Yaponiyanın qoşulması ilə Şərqi və Cənub-şərqi Asiyanı bürüdü.

border=none Əsas məqalə: Adolf Hitlerin ölümü

Hitler həyat yoldaşı Eva Braunla birlikdə 30 aprel 1945-ci ildə bunkerlərin birində intihar edir.[67][68]

Vəsiyyətnaməsi

[redaktə | mənbəni redaktə et]

Adolf Hitlerin iki vəsiyyətnaməsi mövcuddur. Onlardan birincisi Hitlerin siyasi vəsiyyətnaməsidir. Hitler siyasi vəsiyyətnaməsində bildirirdi ki, Almaniya alman xalqının və ümumiyyətlə bütün millətlərin gələcəyi üçün ən böyük təhlükə olan yəhudilər və bolşevizm ilə mübarizədən gələcəkdə də çəkinməməlidir. O, bu siyasi vəsiyyətnaməsində özünün yəhudilər ilə apardığı mübarizəsinə haqq qazandırırdı. O, bildirirdi ki, yəhudilər və bolşeviklər dünya üçün zəhər kimi təhlükəlidir.[69] O, iddia edir ki, Almaniyanın gələcəyi məhz bu məsələdən asılıdır. O, bu vəsiyyətnaməsində bildirirdi ki, o haqlı olaraq müharibəyə başlamışdır, müharibədə məğlubiyyətə uğramasının səbəbini isə, qorxaq generallarının səhvləri ilə izah edir.[70]

İkinci vəsiyyətnamə isə, Hitlerin şəxsi vəsiyyətnaməsidir. Bu vəsiyyətnamədə o bütün həyatı boyunca topladığı şəxsi sənət əsərlərinin hamısının toplanaraq doğulduğu şəhər olan Linzdə bir muzey açılaraq bu muzeydə sərgilənməsini istəmişdir. Özünün bütün şəxsi mallarını isə,[71] partiyasına,[71][72] əgər partiyası qalmamışdırsa, onda dövlətə vəsiyyət etmişdir.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • İngiltərənin "The Times" qəzetinin məlumatına görə Adolf Hitler 1933–1945-ci illər arasında futbol üzrə 6 dəfə Almaniya çempionluğunu qazanmış "Şalke 04" klubuna azarkeşlik edirmiş.[73] Lakin, klubun rəsmiləri bu məlumatı qətiyyətlə inkar edir və bildirirlər ki, Hitler nəinki Şalke azarkeşi, ümumiyyətlə futbol azarkeşi olmayıb və cəmi bir dəfə, 1936-cı ildə Almaniyada keçirilmiş olan Yay Olimpiya oyunlarının futbol üzrə final matçında stadionda olub və həmin oyunda Almaniya yığması Norveçə 2–0 hesabı ilə məğlub olub.[74]
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Adolf Hitler (nid.).
  3. 1 2 Гитлер Адольф // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 The Routledge Companion to Nazi Germany. 2007. ISBN 978-0-415-30860-1
  5. 1 2 Hitler: A Biography. 2008. ISBN 978-0-393-06757-6
  6. 1 2 Deutsche Nationalbibliothek Record #118551655 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  7. 1 2 https://www.biography.com/people/adolf-hitler-9340144.
  8. 1 2 Konder A. Adolf Hitler’s Family Tree (ing.): The Untold Story of the Hitler Family. 1 Salt Lake City: 2000. P. 29–30.
  9. https://www.washingtonpost.com/wp-srv/style/longterm/books/chap1/deathofhitler.htm?.
  10. 1 2 3 Çex Milli Hakimiyyət Məlumat bazası.
  11. Hamann, 2010. səh. 50
  12. Rosmus, 2004. səh. 33
  13. Kubizek, 2006. səh. 92
  14. Hitler, 1999. səh. 6
  15. 1 2 Payne, 1990. səh. 22
  16. Diver, 2005
  17. Jetzinger, 1976. səh. 32
  18. Hitler, 1999. səh. 8
  19. Keller, 2010. səh. 33–34
  20. Fest, 1977. səh. 32
  21. Bendersky, 2000. səh. 26
  22. Ryschka, 2008. səh. 35
  23. Hamann, 2010. səh. 13
  24. Kershaw, 1999. səh. 41, 42
  25. Shirer, 1960. səh. 26
  26. Nicholls, 2000. səh. 236, 237, 274
  27. Kershaw, 1999. səh. 97, 102
  28. Wheeler-Bennett, 1967. səh. 218–219
  29. City of Potsdam
  30. Shirer, 1960. səh. 196–197
  31. Messerschmidt, 1990. səh. 638
  32. Shirer, 1960. səh. 199
  33. Evans, 2005. səh. 109–111
  34. Shirer, 1960. səh. 318–319
  35. Evans, 2003. səh. 350–374
  36. Kershaw, 2008. səh. 309–314
  37. Shirer, 1960. səh. 229
  38. Kershaw, 2008. səh. 393–397
  39. Carr, 1972. səh. 23
  40. Evans, 2005. səh. 570–572
  41. Messerschmidt, 1990. səh. 636–637
  42. 1 2 Kershaw, 2008. səh. 563, 569, 570
  43. Roberts, 2006. səh. 58–60
  44. Kurowski, 2005. səh. 141–142
  45. Glantz, 2001. səh. 9
  46. Koch, 1988
  47. 1 2 Evans, 2008. səh. 210
  48. 1 2 3 Bauer, 2000. səh. 5
  49. 1 2 Shirer, 1960. səh. 900–901
  50. BBC News, 1999
  51. Kershaw, 2008. səh. 544–547, 821–822, 827–828
  52. Shirer, 1960. səh. 1036
  53. Shirer, 1960. səh. 1048–1072
  54. Bloch, 1992. səh. 228
  55. Overy, Wheatcroft, 1989. səh. 56
  56. Kershaw, 2008. səh. 497
  57. Bloch, 1992. səh. 260
  58. Weinberg, 1995. səh. 85–94
  59. Bloch, 1992. səh. 255–257
  60. Hakim, 1995
  61. Weinberg, 1980. səh. 561–562, 583–584
  62. Rees, 1997. səh. 148–149
  63. Rees, 1997. səh. 141–145
  64. Welch, 2001. səh. 88–89
  65. Deighton, 2008. səh. 7–9
  66. Ellis, 1993. səh. 94
  67. Crandell, 1987
  68. Bullock, 1962. səh. 753, 763, 780–781
  69. Kershaw, 2008. səh. 816–818
  70. Le Tissier, 2010. səh. 45
  71. 1 2 Bullock, 1962. səh. 774–775
  72. Sereny, 1996. səh. 497–498
  73. The Times: The 50 worst famous football fans[ölü keçid]
  74. "Was Hitler a Schalke Fan?". 2021-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-20.

Biblioqrafiya

Çap olunmuş
Online

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]