Əlmüvəhhidilər


Müvəhhidlər (ərəb. الْمُوَحِّدُون əl-müvəḥḥidun) — Mürabitləri sıxışdıraraq Məğribdə (Şimali Afrika) hakimiyyətə yiyələnən berber tayfaları.

Monarxiya
Müvəhhidlər
الموحدون
Bayraq
Bayraq
Əlmüvəhhidilər dövləti yüksəliş dövründə
Əlmüvəhhidilər dövləti yüksəliş dövründə
 
 
 
 
 
 
1121 —

Paytaxt Mərakəş, Sevilya
Rəsmi dilləri bərbər dili, mosərəb dili
Ərazisi 1,621,393.5 km²
İdarəetmə forması Monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əlmüvəhhidilərin tarix səhnəsinə çıxmaları Məhəmməd bin Əbdullah bin Tumərtin adı ilə bağlıdır. İbn Tumərt təkallahlılığ ideyasının qatı tərəfdarı idi; buna görə də onun davamçıları əl-müvəhhidun (təkallahlılar) deyilirdi. İbn Tumərt gəncliyində Şərqə gedir(1107) və orada müsəlman dininin bütün incəliklərinə yiyələnir. 1118-ci ildə Məğribə qayıdaraq o, Əlmürabilərin dini praktikalarına qarşı çıxaraq onlara qarşı düşmən mövqe sərgiləməyə başlayır. 1124-cü ildə o, Əlmürabi süvariləri üçün əlçatmaz olan Atlas dağlarında (Tinmaldaki Nafis vadisi) dağlılardan, əsasən məsmuda tayfasından ibarət icma yaradır. İcmanın yeniliyi onun dini səciyyəsində idi: bu ilahi birlik idi (əl-müvahhidun). Keçmiş qarşılıqlı münasibətlərindən asılı olmayaraq, bu şüar altında, müxtəlif milliyətlərdən olan ayrı -ayrı insanlar və bütöv qruplar birləşirdi. Onlar Mehdi İbn Tumərtin və onun yaratdığı strukturu, yeri gəlmişkən tayfa quruluşu bu struktura yad deyildi; müxtəlif tayfalar onu qəbul edirdilər, tanıdılar. Bundan başqa icmada ciddi iyerarxiya vardi. Bu şilx cəmiyyətinin daxilində çox ciddi islahatlar idi. Beləliklə İbn Tumərtin yaratdığı icma sadəcə tayfa quruluşu çərçivəsindən kənara çıxırdı, eyni zamanda tayfa strukturunun bəzi cəhətlərini özündə ehtiva edərək. Buradan İbn Tumərt hər tərəfə öz təbliğatını yaymağa başladı. Əlmürabilər onu öldürmək istəyirdilər. Onlar İbn Tumərtin icmasını dağlara sıxışdırdılar və Mərakeş vadisinə yollunu bağladılar. Əvvəlcə İbn Tumərt cənuba Atlas dağlarına bitişik Böyük Səhraya doğru hərəkət etdi, lakin qurtuluş burada deyildi. Buna görə bir çox dağlı tayfalarını öz ətrafında birləşdirən İbn Tumərt Mərakeşə qarşı hücuma keçir(1130), lakin məğlub olur. Çox keçməmiş İbn Tumərt ölür. Tafna rayonundan olan bərbər Əbd əl-Mömin bin Əli onun varisi olur. Tinmal vadisinə sıxışdırılan Əlmüvəhhidilar Atlas dağlarının daxili massivində, Sus və Dra vadilərində, öz hakimiyyətlərini yaymaqla məşğul olurlar. Nəhayət onlar 1141-ci ildə özlərini, hücum üçün yetərincə güclü hiss edirlər, lakin 1130-cu ilin məğlubiyyətini unutmayaraq onlar düzənliyə enməyə tələsmirlər və asanlıqla dağları tabe etməyi davam edərək, Mərkəzi, Orta Atlası və Rifi özlərinə tabe edirlər. Ancaq Tlemsen -Oran rayonunda 1145-ci ildə onlar Əlmürabilərə qarşı açıq hücum etmək qərarına gəlirlər. İki il ərzində onlar dağlıq Mərakeşə yiyələnərək, düzənlik Mərakeşini ələ keçirməkdə çətinlik çəkirlər və ancaq 1149-cu ildə Mərakeşi tamamilə ələ keçirirlər.

Genişlənməsi

[redaktə | mənbəni redaktə et]

Şərqə hərəkəti davam edərək Əbd əl-Mömin burada, İfriqiyənin sahil şəhərlərini ələ keçirən, II Rocer Siciliyalının normanları ilə qarşılaşır.

Əlmüvəhhidilər dövləti qüdrətinin zirvəsində

1152-ci ildə o, yürüş təşkil edir, ehtimal ki, bu məsmuda tayfasına qarşı olan neqativ münasibəti, xarici düşmənə qarşı yönəltmək məqsədi güdürdü, eyni zamanda Əbd əl-Möminin ətraf əraziləri tabe etmək niyyəti də var idi. Əlcəzair, Buji və Qabil massivi asanlıqla ələ keçirildi, lakin Əlmüvəhhidilər bununla kifayətlənmədilər, onlar qüvvələrini darmadağın etdikləri Həmmadilər dövlətinin bütün ərazisini yiyələnmək niyyətində idilər. Qalat bəni Həmadı və Konstantinanı işğal edib, burada ərəb tayfaları ilə qarşılaşırlar. Ərəblər məğlub oldular. Məğlub olmuş ərəb tayfalarının bir neçəsini Əbd əl-Mömin Mərakeş ərazisinə köçürtdü. Burada əvvəllər breaqvata tayfasının geniş sahələri vardı. Əbd əl-Mömin onları burada İspaniyaya gələcək mümkün yürüşlər üçün yerləşdirirdi, oradan əski rəqiblərin — xristianların — təhdidi vardı. 1150-ci ildə bu ərəb tayfaları Əlmüvəhhidi dövlətinin yaranmasında rol oynadılar. Bununla Əbd əl-Mömin bərbər ənənəsinə qarşı gedirdi. Və bəzi bərbər tayfaları buna qarşı çıxış etdilər. Əbd əl-Mömin buna cavab olaraq öz oğullarını dövlətin əsas şəhərlərinə vali təyin etdi.

Normanlarla qarşıdurma

[redaktə | mənbəni redaktə et]

Eyni zamanda İfriqiyə hələ də müstəqil olaraq qalırdı, və burada əsas təhdid kimi bədəvi-ərəblərdən başqa siciliyalı normanlar da çıxış edirdilər. 1154-cü ildən sonra sahilboyunun bir çox şəhərləri xristian-normanların kralı I Vilhelm Siciliyalıya qarşı çıxdılar. 1158-ci ildə Zəvilə müsəlmanları Əlmüvəhhidilərdan kömək istədilər. 1159-cu ildə Tunisə Əlmüvəhhidilərin qoşunları gəlir, buradan hərəkət edərək, onlar, siciliyalı-normanların əldə saxladıqları Mehdiyyəni mühasirəyə alırlar, onların başqa dəstələri Tunisin və Tripolitaniyanın başqa ərazilərində müqavimətlə qarşılaşmırlar. Təminatsız qalan normannlar 21 yanvar 1160-cı ildə təslim olurlar. Beləliklə 1160-cı ilə qədər bütün Şimali Afrika Əlmüvəhhidilərə tabe olur.

Əlmüvəhhidilər İspaniyada

[redaktə | mənbəni redaktə et]
Əlmüvəhhidilərin rekonkista ilə mübarizəsi

Uzun mühasirədən sonra Əlmüvəhhidilər Fes şəhərini, 1147 ilin aprelində isə Mərakeşi alırlar və Əlmürabilərin hakimiyətinə son qoyurlar. 1151 ildə Əbd əl-Mömin Əlmürabilərin mirası üzərində yaranan kiçik əmirlikləri darmadağın etdi. Sonrakı doqquz il ərzində o Tunisin və Mavritaniyanın ağası oldu və rəsmi olaraq Əmir-əl-üməra titulunu qəbul etdi və beləliklə onun Abbasi xəlifələrinin vassallığı qurtardı. Əlmürabilərdən sonra müsəlman İspaniyası yenə daxili müharibələrə qərq oldu. Ləmtuna tayfa birliyi ilə yaşamaq istəməyən feodallar didişməyə başladı. Bu arada Lissabon birdəfəlik xristianların əlinə keçdi, kastiliyalıların qoşunları düz Kordovanın özünə yaxınlaşdılar, Barselona qrafları Tortosu və Leridanı aldılar. Artıq 1145 ildə Əlmüvəhhidilərin Pireney yarımadasında dayaqları vardı. Sonrakı il onlar Qədisi aldılar, 10 ilə onlar İspaniyanın cənubuna, o cümlədən Qranadaya nəzarət edirdilər. Almeriyanı xristianlardan geri aldılar. İspaniyada onlar Sevilyanı özlərinə paytaxt etdilər. Əbd əl-Mömin 1162 ildə indiki Rabat şəhərində öldü. Onun ölümündən sonra hakimiyyətin irsən keçməsi prinsipi bərqərar oldu. Əlmüvəhhidilərin yuxarı təbəqələri sürətlə feodallaşdı; başqa dinlərə mənsub olanların təqibi gücləndi.

Əlmüvəhhidilər Rekonkistaya qarşı

[redaktə | mənbəni redaktə et]

Əlmüvəhhidilərin Las Navas de Tolosa döyüşündəki strateji məğlubiyətindən sonra müsəlmanların İspaniyada mövqeləri sarsıldı, lakin onlar bundan sonra hələ uzun müddət xristianların təzyiqinə davam gətirə bildilər. Əlmüvəhhidilərin Qranadadan başqa İspaniyadakı bütün ərazilərini itirdi. Şərq əyatləri də bir-birinin ardınca Əlmüvəhhidilər dövlətindən ayrıldı. 1269 ildə Marinilər sülaləsinin əmirləri Mərakeşi işğal etdi və Əlmüvəhhidilər sülaləsinə son qoyuldu.

  • Мусульманский мир 950–1050. Издательство"Наука" Главная редакция восточной литературы. Москва 1981.Новые ориентации берберов в Северной Африке (950–1150) Р.Ле Турно səh. 160–166.
  • Azərbaycan Sovet Ensiklopediyası. Bakı, 1980. 4-cü cild. Səh. 184.