Mərinilər


Merinilər və ya Mərinilər[2] (ərəb. الْمَرِينِيُّونəl-mərīniyyun) — indiki Mərakeşi və 13-cü əsrin ortalarından 15-ci əsrə qədər aralıqlarla Şimali Afrikanın Cəbəllütariq ətrafını və cənubi İspaniyanın bəzi ərazilərini idarə etmiş sülalə. Sultanlıq bərbər əsilli Zənata qəbiləsinə mənsub Merini və ya Bəni Əbdülhaqq sülaləsi kimi tanınan müsəlman ailə tərəfindən idarə olunurdu.[3][4]

Tarixi dövlət
Merinilər
Bayraq
Bayraq
1215 — 1465

Paytaxt Fəs
Dilləri ərəb dili, Bərbər dili, Ladino
Rəsmi dilləri
Dövlət dini sünni islam, Roma-Katolik kilsəsi, İudaizm, sufilik
Valyuta Dinar
İdarəetmə forması monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Merinilər Tunis və Sahara ətrafında köçəri və ya oturaq həyat sürmüş və heç bir hakimiyyətin vassallığını qəbul etməmişdilər.[5] Lideriləri Mahyunun ölümündən sonra I Əbdülhaqq dövründə bütün Merini qəbilələrinə çağırışlar edilmiş və 1213-cü ildə Mərakeş ətrafında tam məskunlaşmışlar.[6]

1244-cü ildə Merini hökmdarlarının Əlmüvəhhidi tayfalarını məğlub etməsi ilə Mərakeşdə Merini hakimiyyətinin əsası qoyulmuşdur. Xanədanlıq 14-cü əsrin ortalarında qısa müddətlik bütün Məğrib üzərində hakimiyyət qura bilmişdi.[7] 13-14-cü əsrlərdə KastiliyaPortuqaliyaya qarşı ƏndəlüsQranada əmirliklərinə dəstəkləmişdir. Həmçinin Cəbəllütariq boğazının Avropa hissəsinə birbaşa nəzarət etmək üçün səy göstərsələr də Tarif döyüşündəki məğlubiyyətləri və Alhesirasın 1344-cü ildə Kastiliya tərəfindən ələ keçirilməsi ilə bu siyasətləri baş tutmadı.[8]

Merinilər 1465-ci il Mərakeş üsyanı nəticəsində devrildilər və onları Vattasi sülaləsi əvəz etdi.

  1. http://www.habous.gov.ma/daouat-alhaq/item/2557.
  2. İzahlı dini terminlər lüğəti (PDF). Bakı. 2020. səh. 34. Arxivləşdirilib 2022-01-22 at the Wayback Machine
  3. "Marinid dynasty (Berber dynasty) - Encyclopædia Britannica". Britannica.com (ingilis). Columbia University Press. 21 aprel 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2024.
  4. C. E Bosworth, C. E. The New Islamic Dynasties. 1996. səh. 41-42.
  5. Bosworth, C.E. The Encyclopaedia of Islam: Vol 4 (ingilis). Brill Archives. səh. 571.
  6. Yiğit, İsmail (19 Eylül 2017). Endülüs (Gırnata Sultanlığı) ve Kuzey Afrika İslam Devletleri. KAYIHAN YAYINLARI. s. 158. ISBN 9786059669245.
  7.  (fr.)"Les Merinides" on Universalis Arxivləşdirilib 2020-02-09 at the Wayback Machine
  8. Niane, D.T. General History of Africa. IV. 1981. səh. 91. ISBN 9789231017100. 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]