Əməliyyat büdcəsi (ing. operating budget) — növbəti əməliyyat dövrü üçün gəlir və xərcləri, o cümlədən satış, istehsal və əməliyyat xərclərini proqnozlaşdıran büdcə.
Professor Entoni Atkinsona görə, əməliyyat büdcəsi satış, istehsal və əməliyyat xərcləri ilə bağlı proqnozlar daxil olmaqla, növbəti əməliyyat dövrü üçün gəlir və xərcləri proqnozlaşdıran sənəddir.
Əməliyyat büdcəsi aşağıdakılardan ibarətdir:[1].
Funksional büdcələr:
- satış büdcəsi;
- kapital büdcəsi;
- istehsal planı;
- qaimə büdcəsi;
- materialların satınalınması büdcəsi;
- hazır məhsul ehtiyatlarının hərəkəti planı;
- əmək haqqı fondunun büdcəsi və kadrların işə qəbulu və təlimi xərcləri;
- səyahət büdcəsi
- idarəetmə xərcləri üçün büdcə;
- biznes xərcləri büdcəsi.
- İnvestisiya büdcələri:
- bazara yeni məhsulların çıxarılması üçün büdcə;
- yeni filial və ya bölmənin yaradılması üçün büdcə;
- yeni avadanlıqların tətbiqi üzrə investisiya layihəsi;
- yeni obyektlərin tikintisi üçün smeta.
- CFD büdcələri:
- marketinq şöbəsinin büdcəsi
- logistika şöbəsinin büdcəsi;
- istehsal şöbəsinin büdcəsi;
- filial və şöbələrin büdcələri.
- ↑ Аткинсон Э.А., Банкер Р.Д., Каплан Р.С., Юнг М.С. Управленческий учёт. СПб.: ООО "Диалектика". 2019. 658–661. ISBN 978-5-907144-70-5.