Babayeva Əminə Ağahüseyn qızı — Azərbaycanın tanınmış teatr və kino aktrisası. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Azərbaycan Respublikasının Əməkdar Artisti (2019)
Əminə Babayeva | |
---|---|
Əminə Ağahüseyn qızı Babayeva | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Əşrəf Quliyev |
Uşaqları |
Elman Babayev Tərlan Babayev |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri |
1969-1990-cı illər 2000-bu günə kimi |
Təhsili | |
Mükafatları |
|
Əminə Ağahüseyn qızı Babayeva 1950-ci ildə Bakı şəhərində anadan olub.
Əminə Babayeva səhnə fəaliyyətini ilk illərdə görkəmli rejissor Lütfi Məmmədbəyovun rəhbərlik elədiyi Xalq Teatrında başlayıb. İlk gündən irili-xırdalı bir çox uğurlu tamaşalarda çıxış edib.1969-cu ildə görkəmli rejissor Tofiq Kazımovun dəvəti ildə Azərbaycan Dövlət Akademik Teatrından fəaliyyətə başlayıb. Teatrda ilk rolu X. Vahidin "Bağ qonşuları" tamaşasında Rəmziyyə obrazı olub. Teatrda işlədiyi ərzində o həm klassik həm də çağdaş Milli və əcnəbi dramaturqlarının pyeslərinin tamaşalarında dram obrazlarına səhnə həyatı verib. Ə. Babayeva 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni maarif işi fakültəsini bitirib.
Əminə Babayeva Azərbaycan televiziyasında müxtəlif proqramlarda, o cümlədən "Poeziya axşamı","Komediyalar axşamı","Hekayələr axşamı" adlı verlişlərdə mütamati olaraq çıxış ediridi. Oynadığı bir çox teatr tamaşalar və televiziya tamaşaları Qızıl Fondda saxlanılır.
1990-cı ildə Akademik Milli Dram Teatrının direktoru olmuş xalq artisti Hüseynağa Turabov tərəfindən teatrdan uzaqlaşdırılıb.10 il səhnədən ayrı düşən aktrisa 10-ildən sonra 2000-ci ildə İrəvan Azərbaycan Dövlət Dram Teatrında işləməyə başlamışdır daha sonra Bakı Bələdiyyə Teatrında az müddət çalışmışdır.10 il ərzində aktrisa "Əlvida" adlı 16 seriyalı bədii filmdə əsas obrazlardan birinə Ana roluna çəkilmişdir eləcədə bir neçə bədii filmlərdə rol almışdır.
2002-ci ildə televizya rejissoru Rövnəq Həsənli Əminə Babayevanın həyat və yaradıcılığından bəhs edən "Bu nağılın sonu yoxdu" adlı film çəkmişdir.
16 il Akademik Milli Dram Teatrından uzaqlaşdırmasından sonra 2006-cı ildə yenidən Akademik Milli Dram Teatrına qayıdan Əminə Babayeva T. Kazımovun "İmzanının hökmü" tamaşasında Nazlı xanım obrazını yaratmışdır və o gündən teatrda fasiləsiz çalışır.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 1969–1990-cı illər
2006-cı ilə Akademik Milli Dram Teatrında yenidən qayıdığı gündən teatrda oynadığı rollar
İrəvan Dövlət Azərbaycan Dram Teatrı