Əminə Pakrəvan

Əminə Pakrəvan — yazıçı

Əminə Pakrəvan
Doğum tarixi
Doğum yeri İstanbul
Vəfat tarixi
Uşağı Həsən Pakrəvan
Fəaliyyəti tarixçi

Əminə Pakrəvan 3 oktyabr 1880-ci ildə İstanbulda dünyaya göz açmışdır. Atası Həsənxan Qacarların diplomatı idi və 20 il Qacarların İstanbuldaki Böyük Elçilik görəvini yapmışdır. Əminə Pakrəvanın anası Alis Fun Heartfeld Avstriyalı bir xanım idi. Həsənxan 1893-cü ildə Parisdə vəfat edir və Əminə xanımın ailəsi öncə Avstriyada Hersfeld ailəsinin yaşadığı yaxın bir kilsəyə yerləşir.

Gənc ana iki qızı Fatma və Əminə ilə on il kilsədə qalır. Alis xanım qızlarının tərbiyəsi ilə özü məşğul olmağa başlayır. Laybax və Lubliyana kitabxanalarından əmanət aldığı kitablar vasitəsi ilə qızlarında kitab oxuma alışqanlığı yaratmağa çalışır. Əminə, türkcə və farscanın yanı sıra fransız, ingilis və alman dillərini yaxşıca öyrənir. İtalyan dilini də danışma səviyəsində deyil, oxuma düzeyində bilmiş olur. Bir neçə ildən sonra Alis təkrar İstanbula dönür. 1910-cu ildə Əminə bir Qacar diplomatı ilə evlənir. Gənc ailə bir il Qacarların başkəndi Tehranda yaşayır. İlk çocuqları da Tehranda dünyaya gəlir. Sonra da Əminənin əri Misirin başkəndinə diplomat olaraq göndərilir. On il Qahirədə yaşayırlar.

Əminənin əri fanatik bir islamcı olduğu üçün xanımının sosial olaylara qatqıda bulunmasını önləyir. Ərinin fanatik davranışlarına dözə bilməyib ondan ayrılan Əminə çocuqları ilə bərabər Belçikaya yerləşir.

1933-cü ildə Əminə Pakrəvan Pəhləvilər tərəfindən rəsmən "İran" adlandırılmış ölkəyə köçür.

Qacar dövləti haqqında bir neçə kitabın müəllifi olan Əminə Pakrəvan, Tehran Universitetində fransız dili və ədəbiyyatı üzrə öyrətmənlik etməyə başlayır. 1936-cı ildə qızının vəfatına baxmayaraq, araşdırmaçılıq və yazarlıq çalışmalarına davam edir. 1951-ci ildə "Tarixsiz əmir" adlı kitabı "Rivarol" ödülü qazanır. 1958-ci ildə xərçəng xəstəliyindən həyatını itirir.

Əminə Pakrəvanın ən önəmli əsərləri bunlardır: "Tarixsiz əmir", "Qəzvin, unudulmuş başkənd", "Əski Tehran", "Dördüncü nəsl", "Abbas Mirzə və Azərbaycan", "Ağaməhəmməd Xan Qacar".

  • İlqar Hüseynov, Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti.(monoqrafiya), Bakı: "Mars-Print", 2002