Əmir Kır

Əmir Kır (17 oktyabr 1968, Şarlerua, Eno) — Türk əsilli belçikalı siyasətçi, Brüsselin 19 bələdiyyəsindən biri olan Sen-Joss-ten-Nodenin bələdiyyə sədri.

Əmir Kır
fr. Emir Kir
Şəxsi məlumatlar
Doğum tarixi 17 oktyabr 1968(1968-10-17) (55 yaş)
Doğum yeri
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elm sahəsi siyasət
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və faliyyəti

[redaktə | mənbəni redaktə et]

2000-ci ildə Brüsselin Sen-Joss-ten-Node bələdiyyəsinin sədr müavini vəzifəsinə seçilmişdir. Təhsil sahəsində əsasən əcnəbilərin dil öyrənməsinə əsaslanan işlər görmüşdür.

2003-cü ildə federal seçkilərə qatılmış, lakin, 220 səs fərqi ilə federal parlamentə seçilməmişdir. 13 iyul 2004-cü ildə keçirilən bölgə seçkilərinə qatılmış və Brüssel Bölgəsindən 7409 səs toplayaraq partiyasının ən çox səs toplayan ikinci namizədi kimi bölgə məclisinə seçilmişdir. 6 partiyalı koalisiyada frankofonların (Fransızca danışanların) qurduğu Sosialist Partiyanın tutacağı iki nazir mandatından biri Əmir Kıra verilmişdir.

2012-ci ilin oktyabrında keçirilən bələdiyyə seçkilərində Brüssel Hökuməti Dövlət Naziri və Sen-Joss-ten-Node bələdiyyə sədrliyinə namizəd olmuş və o dövrdə sədr olan Yan Demannezi keçmişdir. Əmir Kır 1916 səs toplarkən, Demannəz yalnız 1215 səs toplaya bilmişdir. Bu nəticə daha öncə bələdiyyə sədri ilə əldə edilən razılığa əsasən 2013-cü ildə Əmir Kırın bələdiyyə sədri kimi vəzifəsinin icrasına başlamağa şərait yaratmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]