Əmir Xosrov mirzə Xəlilulla mirzə oğlu Darai (1892, Zəncan – 1945) — İran şahzadəsi, şair
Əmir Xosrov Darai | |
---|---|
Əmir Xosrov mirzə Xəlilulla mirzə oğlu Qovanlı-Qacar | |
Doğum tarixi | 1892 |
Doğum yeri | |
Vəfat tarixi | 1945 |
Fəaliyyəti | şair |
Əmir Xosrov Darai Vikimənbədə |
Əmir Xosrov mirzə 1892-ci ildə Zəncan əyalətinin Binarud kəndində anadan olmuşdu. O, hələ 15-16 yaşlarında ədəbiyyatla maraqlanmış və Raci, Sərraf, Hidəci kimi şairlərin əsərlərini mütaliə etmişdir. Darai öz şeirlərində mədəniyyət, elm və tərəqqini tərənnüm edərək, xalqı işığa çağırmışdır. O, qadın azadlığı haqqında birinci qəzəlini cəhalətin hökm sürdüyü dövrdə yazmışdır. Şair hələ cavan ikən azadlıq hərəkatında iştirak etmişdir. O, 1940-cı illərdə Sovet-İran cəmiyyətinə başçılıq etmişdi.
Darainin beş min beytdən çox çap olunmamış divanı qalıb.