Zəncan ostanı (fars. استان زنجان) — İranın ostanlarından biri. İnzibati mərkəzi Zəncan şəhəridir.
Ostan | |
Zəncan ostanı | |
---|---|
36°40′30″ şm. e. 48°29′04″ ş. u.HGYO |
|
Ölkə | İran |
Daxildir | III region |
İnzibati mərkəz | Zəncan |
Ən böyük şəhərləri | Zəncan |
Tarixi və coğrafiyası | |
Sahəsi | 21 773.3 km² |
Saat qurşağı | UTC+3.30, yayda UTC+4.30 |
Əhalisi | |
Əhalisi | 1 057 461 [1] nəfər (2016) |
Əhalinin sıxlığı | 4.665 nəfər/km² |
Etnik tərkib | Azərbaycanlılar və sairə. |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | IR-19 |
Telefon kodu | 0241 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
1938-ci ildə yaradılan ostanın ərazisi 21.841 km²-dir .[2][3] Zəncan ostanı iki regiondan ibarətdir: dağlıq və düzənlik. Uca zirvələri olan dağlıq zonalar Zəncan şəhərinin şimal hissəsi ilə kəsişir, qalan hissəsi isə düzənlikdir.
Zəncan ostanında yazda və yayda yağışların miqdarı başqa fəsillərdəkindən da çox olur. Yay və yaz vaxtı istirahət, asudə vaxt keçirmək üçün ən münasib vaxtdır. Təbiət, çaylar, mineral su bulaqları və iqlim bütövlükdə hamısının öz təravəti və gözəlliyi var.
Zəncan ostanı və ya Zəncan düzənliyi İranın şimal-qərbinin mərkəzi hissəsində yerləşir. Bu ostanın 927,465 nəfər əhalisi var,[5] ki bunun tamamına yaxını Azərbaycan türkləridir[6][7][8][9].
Zəncan, Əbhar və Xudabəndə əyalətin ən böyük şəhərləri sayılır. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya görə ostanda 964.601 nəfər əhali yaşayır, urbanizasiya 57,99%, savadlılıq (oxuma-yazma) 81,72%-dir .[10]
Zəncan ostanı inzibati cəhətdən 7 şəhristan bölünür:[11]
Zəncan əyaləti İranın tarixi regionlarından biridir. Onun keçmiş, qədim dövrü iki tarixi mərhələyə ayrılır:
(eramızdan əvvəl 7-ci minillikdən 3-cü minilliyinin əvvəlinə qədər), o dövrə məxsus və tanınmış abidələr Baadostin mədəniyyətinə aiddir, onların 30 000 ilə yaxın yaşı var.
(eramızdan əvvəl 3-cü minilliyin əvvəli-2-ci minilliyin sonu). İnsan məskənləri 3–2 minillikdə İran sivilizasiyasının çiçəklənməsindən xəbər verir.
(e.ə. 2-ci minilliyin sonundan eramızın 7-ci əsrin əvvəlinə kimi): Bu dövrün ən fərqləndirici, parlaq nümunələrindən sadə boz gil növüdür. Bu da eyni zamanda Ariyan Ariya tayfalarının bu bölgəyə miqrasiyası ilə bağlıdır. Eramızdan əvvəl 1-ci minilliyin əvvəlinə qədər bu regionda dövlətçilik sistemi təyin olunmamışdır. Hətta Urartu dövləti öz hökmranlığını möhkəmlədə bilmədi, hökmranlıq uzun sürmədi. Assuriyalıların sənədlərinə görə bu region eramızdan əvvəl 9-cu əsrdə Andya adlanıb və onun sakinləri yəqin Hulubi və Quti tayfaları ilə əlaqə saxlayıblar, onlar da Zaqros dağlarının ətəklərində yaşayıblar. Regionun e.ə. 7-ci əsrdə minilliyin sonuna qədərki tarixi haqqında iki mənalılıq var, bütöv Əhəmənilər dövrü haqqında aşkar edilmiş Xodabən dağda ?Derik? və ?Riton? nişanələri Əhəmənilər dövrünün yadigarlarıdır. Zəncan çay və Gızıl Üzən dərələri Farsların və Sasanilərin dövründə çiçəklənib. Bu dövrün ən mühüm abidələri arasında Taşvir atəşpərəst məbədini qeyd etmək olar.
(eramızın 7-ci əsrindən 19-cu əsrinə kimi). Bu dövr Osmanlılari zamanı İranın işğalı ilə başlanır. Əldə olan sənədlərdən məlum olur ki, bu region islam dövrü ərzində iqtisadiyyat, mədəniyyət və incəsənət baxımından çiçəklənən ərazi olubdur. Sultaniyyə şəhərinin Monqol İlxanilər tərəfindən paytaxt seçilməsinin səbəblərindən biri bu regionda 7–8-ci əsrdə iqtisadiyyatın canlanmasıdır. İlxani hökumətinin 9-cu əsrdə Sərbedaran tərəfindən yıxıldıqdan sonra Zəncana Topal Teymur tərəfindən hücum edilmişdir və bu şəhər uzun müddət işğal altında qalmışdır.
Region iqtisadiyyat və mədəniyyət baxımından Səfəvilər və Qacar dövrlərində, xüsusən də Şah Təhmasib və Ağa Məhəmməd Xanın hakimiyyəti zamanı çiçəklənib. Əyalətin əsas tarixi, mədəni və turizm yerləri aşağıdakılardır:
Zəncan şəhəri Tehranın 328 km-liyindədir. 2006-cı il siyahıya almasına əsasən əhalisi 349,713 nəfərdir .[12] Yayda mülayim, qışda soyuq havası olan Zəncan iki böyük dərədən ibarətdir: ?Zəncan Rud? və ?Sefid Rud?, onların arasında Qaravas və Ənguran dağları yerləşir. Zəncanın salınma tarixi Ərdəşin (Artaşin) Papakanın hakimiyyəti dövrüdə olubdur və o ?Şahin? və ya ?Şahan? adlanıb. Zaman keçdikcə bu isim dəyişib. ?Zəncan? və ya ?Zənqan? olub. 372-ci ildə yazılmış ?Dünyanın sərhədləri? kitabında çiçəklənən, zənginləşən, firavan şəhər kimi təsvir olunub.
Zəncana Monqolların hücumundan Sultan Məhəmməd Xudabəndənin hakimiyyəti dövründə çoxlu ziyan dəymiş, Sultaniyyə dəyişib İlxani dövlətinin və İslam yurdunun böyük paytaxt şəhəri olmuşdur. Olcaytonun əmri ilə fartifikasiya (qala divarlar) çəkilmişdir. Sultaniyyənin sərhədlərində və onun mərkəzində hündür qala tiklimişdir. O, özü üçün məsçid tikdirmiş və həmin minbər Xudabəndə münbəri kimi tanınıb. Sultaniyyə Təbrizdən sonra regionda ən mühüm şəhərlərindən birinə çevrilir. Şəhər Topal Teymur tərəfindən dağıdılmışdır. Eramızın 786-cı ilində İlxanan yıxıldıqdan sonra Sultaniyyə tənəzzülə uğradı. Şah I Təhmasib Səfəvi dövründə bu şəhərdə Fətəli Şah Qacar yay sarayı tikdirmişdir.
Bu gün şəhərdə böyük əhali yaşayır. Zəncan şəhərinin təbiət, tarix və dini baxımdan ən mühüm yerləri aşağıdakılardır:
— Bir neçə mineral su bulaqları; — Anduran Qoruğu; — Möhtəşəm Zülfüqari binası; — Zəncan qala divarları; — Şamiran, Sansiz və Sati qəsrləri; — Gülşən və Maysk karavansarayları, qədim hamamlar; — Bir neçə körpü; — Qalicak və Xarmanç Sar tarixi mağaralar; — Seyid, Mirzəyi və Qolayr Cali Məscidləri; — İmamzadə Seyid İbrahim.
Xoş dağ havası, soyuq qarlı qışları və mülayim yayı, məşhur Əbhər Rud çayı şəhərdən keçir. Əbhər çay adlanan Əbhər rayonu yerli dialekti ilə İranın ən qədim rayonlarından biridir. Məlum faktlara görə, Əbhərın ən çiçəklənən vaxtı eramızdan əvvəl 2-ci minillikdən 9-cu əsrə qədər olub; müxtəlif tayfa birləşmələri (qəbilələr) bu regionda məskunlaşıblar. İlxani dövlətinin qurulduğu və Sultaniyyənin paytaxt seçildiyi zamandan bu region mühüm əlaqə nöqtələrindən birinə çevrilmişdir.
Bu vəziyyət hətta bu gün də mövcuddur. Etimoloci nöqteyi-nəzərdən bu şəhərin adı Pəhləvi dilində Oker sözündən gəlir, su axınını nizamlayan yer mənasını verir. Şəhərin ilk yeri Taneh Tour kimi tanınıb və Əbhar çayının sağ sahilindədir. Bu yer Zəncan əyalətində qədim insan məskənlərindən biridir və e.ə. 4-cü minilliyin əvvəlində yaşayış məskənlərindəndir. Əbhərın mühüm tarixi və dini baxımdan görməli yerləri aşağıdakılardır:
— Sultan Şah Qalası; — Seyid Abad tənəsi; — Həsən məqbərəsi; — Sultan minbəri; — Çələbi oğlu abidəsi; — Əbharın Cümə Məscidi; — Pirəhməd Zəhrhum və Molla Hüseyn məqbərələri; — Bir neçə İmamzadələr.
Xoş dağ havası, qarlı soyuq qışı və mülayim yayı var, Xudabəndə şəhəri Zəncandan cənub şərqdə yerləşir. Bu regionda Xudabəndə — Lu Və Əbhar tayfaları yerli tayfalarla qarışmışlar, nəticədə Zəncani kimi tanınmış bir qarışıq xalq yaranmışdır. Xudabəndə şəhəri iki tarixi şəhərlərin Sührəvəərd və Sayazın əhatəsindədir. Burada Şihabəddin Sührəvərdi kimi alimlər yetişmişlər. İnsan məskənlərinin olması bu rayonda e.ə. 4-cü minilliyin sonu — 5-ci minilliyin əvvəlinə təsadüf edir. Bu rayonun abidələri arasında tapılmış qırmızı gil dən hazırlanmış əşyalar var. Görməli, maraqlı yerlərdən:
— Gərmab mineral su bulağı; — Katiç Xur Qarmabın məzarlığı; — Sayaz Caşe məscidi; — Heydər Nəbi məqbərəsi və s. qeyd etmək olar.
İqlim və coğrafi müxtəliflik fauna və florada da öz əksini tapmışdır, onların zəngin olmasına səbəb olmuşdur. Ən böyük qoruqlar:
— Anduran Qoruğu 111,00 hektar ərazini əhatə edir; — Səhreyn Qoruğu Zəncan şəhərinin hüdudlarında yerləşir.
Bu bölgədə yaşayan vəhşi heyvanlar: məməlilərdən: keçi, tur, maral, ayı, canavar, bəbir, dovşan, pişik, tülkü, çaqqal, dələ, kaftar, samur. Quşlardan kəklik, qumru, şotland kəkliyi, göyərçin, keçəl kərkəs, bayquş, sarı kəklik, vağ, qaz, durna, ördək, qartal, şahin, sığırçın və s. Köçəri quşlar: su quşu, flaminqo, durna, pelikan, vəhşi qaz, şotland kəkliyi və balıqlar üçün müxtəlif həşaratlar.
Zəncan şəhəri və əyalətin başqa şəhərləri Tehran-Bazərgan tranzit yolu boyu, Tehran-Təbriz dəmir yolu boyu yerləşirlər. Burada turistlər üçün hər lazımi şərait, xidmətlər vardır. Suvenirlər, əl işləri, (bıçaqlar, xəncərlər və s.) xalça, palaz, toxuma əl işləri satılır