Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Doktor Əmiraslan xan Avşar Qasımlı -
Əmiraslan xan Avşar | |
---|---|
fars. امیراصلان افشار | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Marağa, İran |
Vəfat tarixi | |
Vəfat yeri | ABŞ, Los-Anceles |
Fəaliyyəti | diplomat, siyasətçi |
Atası | Canməhəmməd |
Doktor Əmiraslan xan Avşar Qasımlı (Canməhəmməd oğlu), 1919-cu ildə Marağada dünyaya gəlibdir.[1].O, İranda ibtidai təhsil almışdır, təhsilin davam etmək üçün xaricə getmişdi.Almaniya, Avstriya və İsveçrədə təhsil alandan sonra, doktorluqun almışdır.1947-ci ildə İrana qayıdıb və bir müddət xarici işlər nazirliyində işlədi.Sonra bir müddətdə Haaqada İran səfirliyinin üçüncü katibi idi.
Sonra İrana gəldi və 1949-cu ildə Məhəmməd Saidin qızı ilə evləndi.[2] Bu evlilik ilə önemli işlərə nail oldu.1956-cı ildə,XIX Milli Məclisinin seçkiləri zamanı, Marağa şəhərindən nümayəndə oldu.Milli Məclisin XX dövründə, yenədə Marağanın nümayəndəsi idi.[3] 1967-ci ildə İranın Avstriyadaki səfiri oldu.[4] 1969-cu ilin oktyabr ayından, 1973-cü ilin mart ayına qədər İranın Amerikada ki səfiri oldu.[5] 1974-cü ildən, 4-il müddətində İranın Almaniyadaki səfiri oldu.[6]
1978-ci ildə İrana qayıdıb və 1979-cu il İran inqilabına qədər sarayın mərasim başçısı idi.[7]