Əmirli (ərəb. آمرلي, türk. Emirli) — İraqın Səlahəddin mühafəzəsində şəhər. Əhalisi əsasən şiə təriqətli müsəlman türkmənlərdən ibarətdir. Şəhər İran sərhədindən təxminən 100 kilometr aralı yerləşir.[1] Əkinçilik bölgəsinin mərkəzidir.[2]
Əmirli | |
---|---|
34°43′ şm. e. 44°35′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
7iyun2007-ci ildə İŞİD tərəfindən Əmirli bazarında törədilən partlayış nəticəsində 165 nəfər həlak olmuş, 350 nəfər yaralanmışdır.[3]
Şəhər və onun 20,000-ə yaxın şiə müsəlman türkmən əhalisi[4][5] 2014-cü ilin iyun ayından başlayaraq İŞİD tərəfindən mühasirəyə alınıb.[6] Ərzaq, su və təchizat tükənmək üzrə idi. BMT nümayəndəsi bildirib ki, "Əmirlidə insanların vəziyyəti çıxılmazdır və vətəndaşların mümkün qətliamının qarşısını almaq üçün təcili tədbirlərin görülməsi tələb edilir".[7] Avqustun 31-də İraq ordusu Amerika Birləşmiş Ştatları, Peşmərgə və Əsaib Əhli-Həqin köməyi ilə mühasirəni yarmağa müvəffəq olub və şəhərə daxil olaraq əhalinin sevincinə səbəb olub.[8][9] İranın Əmirlinin mühasirəsinin yarılmasında "hərbi planlaşdırma" rolu oynadığı bildirilir.[10]