Əmirxiz məhəlləsi və ya Əmrəqız məhəlləsi—Təbriz şəhərinin şimal-qərbində böyük məhəllələrindən biri. Səttar xanın ailəsi öz doğma kəndindən qovulduqdan sonra, Təbrizə, Əmirxizdə yaşayan dayısı Kərbəlayi Xəlilin evinə pənah gətirmişdilər.[1] Məşrutə inqilabı 1905–1911 vaxtı burada, Səttarxanın başçılıq etdiyi "Əncüməni-həqiqət" inqilabı klubu yerləşirdi.
Bəzi bilgilərə görə məhəllənin banisi Təbriz bəylərbəyi Əmir xan Türkman olub.
Təbriz şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |