Əmrah Hüseyn oğlu Bayramov (18 yanvar 2001, Neftçala rayonu – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi.
Əmrah Bayramov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bankə qəsəbəsi, Neftçala rayonu, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur. |
Dəfn yeri | Neftçala rayonu |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Hüseyn Bayramov |
Anası | Elnurə Bayramova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019-2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi |
Təltifləri |
Əmrah Bayramov 18 yanvar 2001-ci ildə Azərbaycanın Neftçala rayonunun Bankə qəsəbəsində anadan olmuşdur. Əmrah 2007-ci ildə Əbülfəz Cəfərov adına Bankə qəsəbə 1 saylı tam orta məktəbində 1-ci sinifə daxil olmuşdur. 2008-ci ildən başlayaraq 9-cu sinifə qədər təhsilini Neftçala şəhər Samid İmanov adına 1 saylı orta məktəbində davam etdirmişdir və həmin məktəbin məzunu olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 2016-cı ildə Aşpazlıq ixtisası üzrə 3 nömrəli Sumqayıt Peşə liseyinə qəbul olmuşdur. Uşaq yaşlarından musiqiyə həvəsi olduğu üçün təhsilini davam etdirərkən özü replər yazar və səsləndirərdi.
Əmrah Bayramov 22 iyul 2019-cu il tarixində Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. O, xidmətinə Bakının Pirəkəşkül qəsəbəsində başlamış, 2019-cu il sentyabr ayından başlayaraq 769 nömrəli hərbi hissədə hərbi xidmətini davam etdirmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı cəbhə bölgəsində Xüsusi Təyinatlı Qüvvələrdə heyət nəfəri atıcı vəzifəsində iştirak etmişdir. Oktyabrın 4-də Cəbrayıl uğrunda gedən döyüşlərdə və 13-cü postun alınmasında qəhrəmancasına döyüşmüşdür. Əmrah Bayramov oktyabrın 9-da Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Əmrah Bayramov oktyabrın 30-da Neftçala rayonunda dəfn olunmuşdur.