Pirəkəşkül (əvvəlki adı: Çaylı) — Azərbaycan Respublikasının Abşeron rayonunun Pirəkəşkül kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Abşeron rayonunun faktiki mövcud olan Pirəkəşkul kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, bu kənd mərkəz olmaqla Pirəkəşkül kənd Soveti yaradılmışdır.[3]
Pirəkəşkül | |
---|---|
40°28′56″ şm. e. 49°35′30″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1989 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0100 |
Nəqliyyat kodu | 01 |
Digər | |
belediyye.com/pirikushku… | |
Kəndin ərazisi 5200 hektar, əhalisi isə 3085 nəfərdir.[4]
Pirəkəşkül vaxtilə Abşeronun qədim kəndlərindən olub. Kənd uzun müddət Çaylı adını daşıyıb. Pirəkəşkül kəndinin adının mənşəyi çox qədimlərə gedib çıxır. Adın etimologiyası baradə fikirlər demək olar ki, haçalanmır. Əsas üzdə olan və qəbul edilən mülahizə ondan ibarətdir ki, yaşayış məntəqəsinin adı bu ərazidə mövcud olmuş pirin adı ilə bağlıdır. Toponimin tərkibindəki ikinci komponent hind qozundan düzəldilmiş və dərvişlərin gəzdirdiyi nəzir qabının adından — kəşkül sözündəndir. Keçmişdə pirlərin üstündən kəşkül asarmışlar. Pirəkəşkül sözü də mənbəyini burdan alıb.[5]
Pirəkəşkül Azərbaycan SSR tərkibində hərbi əhəmiyyətə malik ərazi idi. 1988-ci il avqustun 25-nə kimi 22-ci briqadanın nəzarəti Türkmənistan SSR-in tərkibindəki Yolotan şəhərindən Pirəkəşkülə köçürülmüşdü.[6]
Kəndin Xızı dağlarının ətəklərində böyük yaylaq yerləri vardı. Əhali əsasən tərəkəmə həyatı sürüb, heyvandarlıqla, xüsusilə qoyunçuluqla məşğul olub, yayda yaylağa, qışda isə qışlağa köç edib. Tarixən bu kənd 5 tirədən ibarət olub: Bədirli, Nağdılı, Xəlilli, Keçəllər, Ortaoba, hər birinin kökü müxtəlif mahallara bağlı olub. Bir vaxtlar burada böyük heyvandarlıq təsərrüfatı varmış. Lakin 1950-ci illərin sonlarında kəndin əhalisini Sumqayıt şəhərinə köçürüblər. 1988-ci ildə Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar milli münaqişə zəmnində Ermənistandan deportasiya ediləndə onları yerləşdirmək üçün Nazirlər Kabinetinin 30 avqust 1989-cu il tarixli 361 saylı qərarına əsasən Qobustan qoyunçuluq sovxozunun ərazisindən 300 ailəyə həyatyanı torpaq fondu ayrılıb.[4] Həmin fonddan Ermənistandan deportasiya edilmiş ailələrə fərdi ev tikilərək kand adı saxlanılmaqla yenidən bərpa olunub.[5]
Pirəkəşkül dağ ətəyində yerləşir. Onu Abşeronun digər kəndlərindən fərqləndirən əsas əlamətlərdən biri odur ki, kəndin yanından Sumqayıtçay keçir. Kəndin ərazisində yetişən çay yemişi öz şöhrətini bu günə qədər saxlamaqdadır. Pirəkəşkülün indiki sakinləri burada 1989-cu ildən məskunlaşdıqlarına görə kənddə tanınmış adamlar yetişməyib. Keçmiş sakinlər isə Abşeronun müxtəlif kəndlərinə və Sumqayıta səpələndiklərinə görə əslən Pirkəşküldən olan tanınmış şəxsiyyətləri ayrıd etmək çətindir.
Qarabağ döyüşlərində kənddən 35 nəfər iştirak edib. Onlardan 8 nəfəri şəhid olub. Kənd ərazisində tarixi abidə yoxdur. Əhali əsasən Bakıdakı sənaye müəssisələrində çalışır, habelə heyvandarlıqla məşğul olur.
Əhalisinin sayı 3085 nəfərdir.[4]
<ref>
teqi; Abşeron İH
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; rus
adlı istinad üçün mətn göstərilməyib Abşeron rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |