Əmrah Aydın oğlu Yüzbəyov (d. 28 mart 1997; Xaçmaz, Azərbaycan - ö. 3 may 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Əmrah Yüzbəyov | |
---|---|
Əmrah Aydın oğlu Yüzbəyov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xaçmaz, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Təltifləri |
Əmrah Yüzbəyov 28 mart 1997-ci ildə Xaçmaz rayonunun Hacıməmmədoba kəndində anadan olub.
Əsgər Əmrah Yüzbəyov 2016-cı ilin mayın 3-ü Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Mayın 4-ü isə Əmrah Yüzbəyov doğulduğu Xaçmaz rayonunun Hacıməmmədoba kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Yüzbəyov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Əmrah Yüzbəyov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.