Ənvər Abbasov (aktyor)

Ənvər Abbasov (2 iyun 1985, Ağdam rayonu) — rejissor, aktyor, ssenarist, redaktor.[1]

Ənvər Abbasov
Ənvər Raquf oğlu Abbasov
Doğum tarixi 2 iyun 1985(1985-06-02) (38 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı
Fəaliyyəti ssenarist, aktyor

Həyatı[redaktə | mənbəni redaktə et]

Ənvər Abbasov 2009-cu ildən fəaliyyət göstərən Bacanaqlar komediyasının ssenari müəlliflərindən biri olmuşdur. 2015-ci ildən isə filmdən ayrılmışdır, filmin ssenarisini Ramin Hacıyev, Tərlan-Nur Yaşar yazmışdır. İlk dəfə Emil Abdullayevin rejissorluq etdiyi My Name is İntiqam filmi 2014-cü ildə çəkilmişdir. Bu filmin ssenarisini Fariz Əliyev, Ənvər Abbasov, qələmə almışdır. 2015-ci ildə isə filmin 2 ci hissəsi çəkilmişdir. Bu filmi İlham Yaşaroğlu çəkmişdir. Bu filmdə ssenari 4 insanın qələmindən keçmişdir: İlham[2][3] Yaşaroğlu, Fariz Əliyev, Ənvər Abbasov. 2015 ci ildə isə Kənan Mahmudovun rejissorluq etdiyi Ay Brilliant komediyasının ssenari müəllifi olmuşdur. 2014 cü ildə "Qız Atası" komediyasının redaktoru və ssenari müəllifidir. 2015-ci ildən "Qardaşlar" komediyasının aktyoru və ssenari müəllifidir.Sonra yenədə Bacanaqlar komediyasının baş redaktorudur. Bozbaş Pictures komediyasının ssenaristidir.Hal-hazırda isə komedixana,kadrlar şöbəsi kimi komediyaların ssenaristidir.Həm də burada aktyor kimi fəaliyyət göstərir.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Bacanaqlar (film, 2009) senarist, Aktyor, Ssenarist
  2. 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: polis)
  3. Xoxan (film, 2014) Ssenarist
  4. Qız atası (teleserial, 2014) Redaktor, Ssenarist,
  5. My name is İntiqam (film, 2014) Aktyor, Ssenarist
  6. Ay brilliant (film, 2015) Ssenarist
  7. Qardaşlar (teleserial, 2015) Aktyor
  8. My name is İntiqam 2: Moldova (film, 2015) Ssenarist, Aktyor
  9. Axırıncı yol (film, 2016) Ssenarist
  10. Stalinin başı (film, 2016) Aktyor və Ssenarist
  11. Naxox (film, 2016) Ssenarist
  12. Nikolayın Evi Ssenarist, aktyor
  13. Kadrlar Şöbəsi Aktyor
  14. Komedixana Aktyor

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Xoxan filmi müsahibə:komedi xananın layhiyə rəhbəri [1]
  2. Ənvər Abbasovun Gənc Ailə saytı ilə Qardaşlar komediyası haqqında söhbəti:[2] Arxivləşdirilib 2021-05-13 at the Wayback Machine
  3. Elməddin Cəfərov Ənvər Abbasov haqqında danışdı:[3] Arxivləşdirilib 2021-04-17 at the Wayback Machine