Məmmədyarov Ənvər Əhməd oğlu (1 iyul 1942, Genlik, Zəngilan rayonu – 28 aprel 2019, Bakı) — dövlət xadimi, MTN Polkovniki, Azərbaycan Respublikası Milli Məclisin deputatı.
Ənvər Məmmədyarov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 iyul 1942 |
Doğum yeri | |
Vəfat tarixi | 28 aprel 2019 (76 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | dövlət xadimi |
Ənvər Məmmədyarov 1942-ci ildə Zəngilan rayonunun Genlık kəndində anadan olmuşdur. 1967-ci ildə ADU- nun jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, Zəngilan rayonunda "Kənd həyatı" qəzetinin redaksiyasında işə başlamışdır. "Azəraycan gəncləri" qəzetində "110 yol ayrıcında", "Kəhrəba zəmi" və s. kimi oçerkləri dərc edilmişdir. 1967-ci il 27 Noyabırda Azərbaycan Respublikası DTK-nın sədri cənab Heydər Əliyev tərəfindən Zəngilan rayon şöbəsinə əməliyyat müvəkkili təyin edilmişdir, 1975-ci ildə Zəngilan-Qubadlı, 1978–1987-ci illərdə Şamaxı (Şamaxı, Ağsu, Kürdəmir, İsmayıllı, Göyçay, Zərdab və Ucar rayonlarını özündə birləşdirən regional şöbə), 1987-ci ildə Sabunçu, 1992–1993-cü illərdə Quba, Qusar rayon DTX şöbələrinin rəisi vəzifəsində işləmişdir.
1993-cü ildə MT orqanlarından təqaüdə çıxmışdır. İşlədiyi müddət ərzində MT orqanlarında çoxsaylı milli kadrlar hazirlamışdır. Vətən qarşısında xidmətləri yüksək qiymətləndirilmiş, orden və medallarla təltif olunmuşdur:
1. Milli Təhlükəsizlik orqanları veteranı
2. Azərbaycan Respublikasının Silahlı Qüvvələri veteranı
3. SSRİ Silahlı Qüvvələri veteranı
4. DTK -nın 60 illiyi medalı
5. DTK- nın 70 illiyi medalı
6. MT orqanlarının 90 illiyi medalı
7. MT orqanlarının 100 illiyi medalı
8."Qüsursuz xidmətə ğörə" ordeni
1990-cı ildə Azərbaycan Respublikası Milli Məclisin deputatı seçilmişdir, 1990–1995-ci illərdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının üzvü olmuşdur. 1997–2003-cü illərdə Qaçqin və Məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsində şöbə müdiri işləmişdir.
2019-cu il aprel ayının 28 — də Baki şəhərində vəfat etmişdir.
4 övladı, 8 nəvəsi var.