Ənvər Vahid oğlu Qarayev (18 fevral 1947, Nuxa – 29 yanvar 2011, Bakı) — Azərbaycanın dekorativ-tətbiqi sənət ustası, Azərbaycan Respublikasının əməkdar rəssamı (2002).
Ənvər Qarayev | |
---|---|
Ənvər Vahid oğlu Qarayev | |
| |
Doğum tarixi | |
Doğum yeri | Nuxa, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rəssam |
Mükafatları |
Ənvər Qarayev 18 fevral 1947-ci ildə Nuxada (hazırkı Şəki) anadan olmuşdur. O, 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqı olmuşdur. Müxtəlif illərdə Azərbaycan Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət bölməsinin sədri və katibi vəzifələrində, eyni zamanda 20 ildən artıq "Göyərçin" jurnalında çalışıb.
Rəssam dekorativ-tətbiqi sənətin müxtəlif sahələrində fəaliyyət göstərmiş, eləcə də batika sənətinə yiyələnmişdir. Onun əsərləri dünya muzeylərində, qalereyalarında və şəxsi kolleksiyalarda saxlanılır. Moskvadakı Şərq Muzeyində "Çovqan", Berlin Dekorativ İncəsənət Muzeyində "Cıdır", Antalya Rəssamlıq Qalereyasında "Türkün sözü" və başqa əsərləri sərgilənmişdir.[1]
Ənvər Qarayev 29 yanvar 2011-ci ildə vəfat etmiş, Bakıdakı köhnə qəbiristanlıqda dəfn olunmuşdur.[2]