Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ənzəli — Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir.[1]
Oyunda püşkü tapmaq yolu ilə kim uduzarsa, o, belini əyir və qalan oyunçular üç-dörd metr aralıda sıraya düzülürlər (6 nəfər); hər biri əyilənin belindən atlanır, oyunçular hər dəfə aşağıdakı sözləri dönə-dönə deyir və dediklərinə əməl edirlər.
Birdə — Ənzəli hay ənzəli.
İkidə — Xan əkbəri
Üçdə — Xoruz banladı: qu-qulu-qu!
Dörddə — Yanbız əzərlər.
Beşdə — Taxta çıxarlar.
(Bu zaman oyunçu "yatan" oyunçunun belində oturur və soruşur: — Minim, ya düşüm?)
Əyilən: -Min və ya düş! — deyir. Oyun yenə davam edir.
Altıda — Əl, üst, baş dəyməsin.
Yeddidə — Tayəl keçərlər,
Səkkizdə — Papaq qoyarlar.
Doqquzda isə hamı əyilənin belinə minir, kim yıxılarsa, onun qulaqlarını dartırlar. Oyun keçirilərkən kim bu deyilənlərə əməl edə bilməsə "yatan"ı əvəz etməli olur.