Uşaq

Uşaq rəsmi.

Uşaq — yaşından asılı olmayaraq insanın balasıdır. Ümummiyətlə uşaq buluğa çatmamış insana deyilir. Körpəlik mərhələsi uşaqlıqdan öncədir və körpə ayaq açıb yeriş qabiliyyəti tapanda uşaq sayılır.

Azərbaycanda adətən uşaq ilk dişini çıxardıqda hədik bişirilir və qonum-qonşuya paylanır.[1]

Uşaqlıq mərhələləri[redaktə | mənbəni redaktə et]

Əsas qruplar[redaktə | mənbəni redaktə et]

Uşaq oyunlarından bəhs edərkən onları iki qrupa ayırır ki, onun bu fikirlərini əslində bütün uşaq folkloru nümunələrinə də aid etmək olar: “1) Böyüklərin köməyi ilə oynanan oyunlar. Bu cür oyunlar kiçikyaşlı uşaqlar arasında oynanılır... 2) Müstəqil oyunlar. Bu oyunlar nisbətən böyükyaşlı uşaqlar arasında oynanılır. Belə oyunlarda böyüklər iştirak etmir”[2]

Bir aylıq körpənin hərəkətləri:[redaktə | mənbəni redaktə et]

  • Ağzını açıb, anadan süd əmmək istəyər
  • Əllərini yumruq şəklində düzəldərək ağzına aparar
  • Oyaq olduğunda sizin üzünüzə baxaraq səsinizi dinləyər
  • Arxası üstündə olarkən yana dönməyə çalışar
  • Barmağınızı əmməyə çalışar
  • Ac və narahat olanda ağlayaraq öz problemini söyləməyə çalışar
  • Günün çox saatını yatar, 2–3 saatdan bir oyanaraq qidalanar
  • Oturaq şəkildə başını ara-sıra dik tuta bilər
  • Üzü üstə qoyulanda başını titrədərək qaldıra bilər[mənbə göstərin]
  • Barmağınızı ovcunun içində bərk-bərk tutar

Dəyişikliklər[redaktə | mənbəni redaktə et]

  • Göz əzələləri inkişaf etdikcə göz hərəkətlərini daha yaxşı səmtləşdirməyə başlar
  • Artıq şəxsiyyət yaranmağa başlayır, beləki bəzi körpələrin kür və səsli və bəzilərinin isə səssiz-səmirsiz olması buna işarədir
  • Birinci ayın sonuna doğru sizin danışıqlarınıza, səslərinizə və ona toxunmalarınıza görə gülümsəməyə çalışar
  • Qidalanma vaxtı getdikcə öz qaydasına düşər

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Һәдик // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1987. С. 188.
  2. Süleymanova Ləman. Ortaq türk keçmişindən ortaq türk gələcəyinə. IV Uluslararası folklor konfransının materialları, Bakı. 2006. səh. 179.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]