Əqrəbşəkilli milçəklər (lat. Mecoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi.
Əqrəbşəkilli milçəklər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Ranqsız: Dəstə: Əqrəbşəkilli milçəklər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Bu dəstənin nümayəndələrinin səciyyəvi xüsusiyyəti-zirvəsində kiçik gəmirici ağız aparatı olan aşağıya doğru xortum şəklində uzanmış baş kapsuludur. Yaşlı fərdlər kiçik (3–4 mm) və orta ölçülü (15–20 mm) olur. İki cüt qısa və ya tam reduksiya olunmuş, yaxud tor damarlı iri qanadları olur. Bığcıqları nazik, uzun və çoxbuğumludur. Gözləri iri, mürəkkəb və fasetlidir. Ayaqları nazik və dartılmışdır. Pəncələri 5 buğumludur. Qarıncığı uzun və ensizdir. Erkəklərdə son 3 buğumda yuxarı doğru əyilmiş genital kapsul vardır. Dişinin qarıncığında yumurtaqoyan var. Sürfələri uzunsovdur, üç cüt döş ayaqları vardır. Onlar adətən dağətəklərinin meşə talalarında, eləcə də aranda tuqay meşələrində yaşayırlar. Ölü və parçalanan maddələrlə qidalanırlar. Nektar, tozcuq, ləçək, yumşaq meyvə və mamırla qidalanma halları da az deyil.