Ərşad Əzimzadə

Ərşad Əzimzadə — Yazıçı-jurnalist, təbii üsullarla müalicə üzrə mütəxəssis, "Ana Təbiət" Natural Gigiyena mərkəzinin rəhbəri.

Ərşad Əzimzadə
Doğum tarixi
Doğum yeri Zəngilan rayonu, Seyidlər kəndi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı Firuzə Əzimzadə
Milliyyəti azərbaycanlı
İxtisası jurnalist
Təhsili Azərbaycan Dövlət Universiteti, jurnalistika fakultəsi
Fəaliyyəti "Azərbaycan gəncləri", "Molodyoj Azerbaydjana", "Bakinski raboçi" və "Azərbaycan" qəzetlərinin müxbiri

Ərşad Mütəllim oğlu Əzimzadə 1935-ci ildə (1934) Zəngilan rayonunun Seyidlər kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Uzun illər "Azərbaycan gəncləri", "Molodyoj Azerbaydjana", "Bakinski raboçi""Azərbaycan" qəzetlərinin müxbiri vəzifəsində çalışıb. Düz 30 il (1965–1995) 8 ağır xəstəlikdən (Artrit, Şəkərli diabet, mədə, ürək-damar, böyrək problemləri və s.) əzab çəkib, 40 yaşında (1976) iş qabiliyyətini tamam itirərək, 1-ci qrup əlil kimi pensiyaya çıxıb. 60 yaşına çatdıqdan sonra Ümümdünya Natural Gigiyena hərəkatı karifeylərinin (Herbert Şelton, Katsudzo Nişi, Pol Breqq, Norman Uoker, Laynus Polinq, Abram Zalmanov, Uilyam Beyts və s.) əsərlərini oxuyaraq, qısa müddətdə özünü təbii üsullarla müalicə edib, sağlamlığını qaytarıb və məşhur "Möcüzəsiz möcüzə" kitabını yazıb.[1]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Bir neçə bədii və elmi-publisistik əsərin müəllifidir. Hazırda sağlamlıq problemləri ilə bağlı yeni əsərlər üzərində çalışır. Görkəmli maarifpərvər alim və ictimai xadim Həsən bəy Zərdabinin maarifləndirmə işini davam etdirən Ə. Əzimzadə əhalinin səhiyyə mədəniyyətini, xüsusilə də qida mədəniyyətini yüksəltmək üçün var gücü ilə çalışır, respublikada Sağlam Həyat Tərzi haqqında Qanun qəbul olunması uğrunda mübarizə aparır.

  1. Arandan gələn adam. Povest. Bakı: Gənclik, 1991. 232 s.
  2. Möcüzəsiz möcüzə. Elmi-publisistik əsər. Heç vaxt xəstələnməmək, xəstələndikdə isə dava-dərmansız sağalmaq mümkündürmü? Dünyanın bütün naturopat alimlərinin cavabı birmənalıdır: bəli, mümkündür! Bakı: 1996. II nəşr: Bakı, İnci, 2009. 272 s. III nəşr: Bakı, Şərq-Qərb, 2017. 360, [1] s. V nəşr: Bakı, İZƏ, 2020. 312 s.
  3. Rədd olsun eynəklər! .Göz nurunu özün qaytara bilərsən. Elmi-publisistik əsər. Naxçıvan: Əcəmi, 2011.
  4. Dərd əlindən havalandım. Poetik düşüncələr. Bakı: Elm və təhsil, 2019. 242, [2] s
  5. Tanrıya sualım var. Poetik düşüncələr. Bakı: Elm və təhsil, 2019. 223, [1] s.[2]
  6. Bizi yaşadan da qidadır, öldürən də. Elmi-publisistik əsər. Bakı: İZƏ, 2021. 400 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Xərçəngi müalicə edən möcüzəvi kitab - Ərşad Əzimzadənin kitab təqdimatı - youtube.com
  2. Ərşad Əzimzadə: dərman zəhər, dərmanla müalicə cinayətdir - youtube.com
  1. "Ərşad Əzimzadə - Möcüzəsiz möcüzə. Elmi-publisistik əsər. V nəşr: Bakı, İZƏ, 2020". (#cite_web_url)
  2. "Ərşad Əzimzadə - anl.az".