Ərəzin yaşayış yeri

Ərəzin yaşayış yeriNaxçıvan Muxtar Respublikasının Culfa rayonunda eyniadlı kənddən qərbdə, Naxçıvan-Ərəfsə avtomobil yolunun sağ tərəfində orta əsrlərə aid yaşayış yeri.

Ərəzin yaşayış yeri
Ölkə  Azərbaycan
Şəhər Naxçıvan
Yerləşir Culfa rayonu Ərəzin kəndi
Üslubu Naxçıvan memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
ƏhəmiyyətiYerli əhəmiyyətli
Ərəzin yaşayış yeri (Azərbaycan)
Ərəzin yaşayış yeri

"Ərəzin" toponimi e.ə. IX əsrin 20 illərinə dair urartuluların mixi yazılı abidələrində xatırlanır. Urartuluların Culfa ərazisinə basqınları və Arsini şəhər əhalisinin onlara müqavimət göstərmələri tarixi mənbələrdə qeyd edilir.

Bəzi tədqiqatçılar "Arsini" toponiminin indiki Ərəzin olduğu fikrini irəli sürürlər. Yaşayış yerinin ərazisi şimal-şərqində və cənub-qərbdə quru çay vadisi ilə məhdudlaşır. 1989-cu ildə aparılmış tikinti işləri zamanı aşkar olunan abidənin bir hissəsi dağılmışdır. Yaşayış yerinin mərkəzi hissəsi 360 m² sahədə qismən salamat qalmışdır. 1991-ci ildə aparılmış kəşfiyyat xarakterli tədqiqat işləri nəticəsində yerüstü materiallar (əmək alətlərinin qırıqları, çəhrayı rəngli şirli və şirsiz saxsı qab parçaları, bişmiş kərpic, istehsalat tullantıları və s.) aşkar olunmuşdur. Abidənin bu hissəsində mədəni təbəqə 2 metr qalınlığın da saxlanmışdır. Dağıdılmış hissələrdə qara rəngli kül dolu ocaq yerlərinə təsadüf olunmuşdur. Tapıntılar arasında misdən hazırlanmış bir ədəd qarmaq var.

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]