Ərəzin — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd.[1]
Ərəzin | |
---|---|
39°06′26″ şm. e. 45°34′45″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Muxtar respublika | Naxçıvan MR |
Rayon | Culfa rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Tarixçi Solmaz Qaşqaylının tədqiqatlarında e.ə. IX əsrdə, Ərəzin əhalisinin buraya hücüm edən Urartu dövlətinə müqavimət göstərməsindən bəhs olunur. XX əsrin sonlarına yaxın adı çəkilən ərazidə müəyyən tarixi qalıqlar tapılmış və Naxçıvan tarix muzeyinə göndərilmişdir.
Kənd Azərbaycanın siyasi həyatında böyük rol oynamağı ilə fərqlənmiş, belə ki, sovet hakimiyyəti qurulan dövrdə sovetləşməyə ciddi müqavimət göstərmişdir. O dövr üçün belə bir cəhdin edilməsi mühüm əhəmiyyətə malik idi.
Kəndin adının tarixi baxımdan izah edilməsində konkretləşmiş mövqe olmasa da, xalq etimologiyasına əsasən deyə bilərik ki, ad etimoloji təhlili ilə bağlı olan ilk versiya "ər" – igid, cəsur insan, "zin" – cəmlik bildirən əlamət kimi çıxış etməsi və ərlər diyarı, ərlər məskəni bildirməsi ilə bağlıdır. Bir başqa versiya isə adın "ərz" — dəyər, qiymət və "in" – cəmlik əlamətindən ibarət olmasıdır. Belə ki, dəyərlər diyarı mənasını ifadə etməsidir. Bu kimi və bundan fərqli olan daha bir neçə versiya mövcuddur. Tarix elmləri doktoru professor Qiyasəddin Qeybullayevin “Azərbaycan türklərinin təşəkkül tarixindən” əsərindəki ciddi təhlilləri və sübutları nəzərə alsaq bir neçə misal göstərmək olar. Manna çarlarının bəzilərinin (Musasin, Eresin, Şarsin) adlarının sonlarında sin sözü vardır. Sin, çin, şin formalarında bu söz qədim türklərdə şəxs adlarının sonunda eynilik, bənzərlik, oxşarlıq bildirirdi. Azərbaycan dilindəki çin (türk dillərində s-ç-ş əvəzlənməsinə görə, demək olar ki, çin sözü sin və şin sözlərinin variantıdır) sözü şəxs adlarında onun dəqiq mənasını müəyyən etməyə kömək edir. Məsələn, yuxum çin çıxdı ifadəsində çin sözü olduğu kimi, eynilə mənasındadır. Ona görə Manna hakimlərindən Ərəsinin adı əslində tamamilə ər (igid, döyüşçü) kimi, daha dəqiqi ərin özüdür mənasını verir. Güman ki, Assurca Ərəsin kimi yazılmış ad Ərəçin kimi səslənirdi, lakin həmin dildə ç səsi olmadığına görə çin sözü sin kimi yazılmışdır; Bu da ola bilər ki, həmin adda bu sözün məhz sin forması iştirak edir. Lakin Azərbaycan dilində bu sözün şın (məsələn, ssarışın, sarıya bənzər, sarı kimi) variantı da vardır və şübhəsiz ki, sin, çin, şin sözünün formasıdır. Bu göstərir ki, dilimizdə çin və şin (şın) sözlərinin müstəqil iki mənbəyi vardır. Onların biri Manna dilidir. Azərbaycan dilində eyni mənada san (ad-san) və şan (şan-şöhrət) sözləri vardır. Bizim ən qədim dövlətimiz olan Manna və Midiyadakı adlarda san sözü vardır.
Əhalisi 3000 nəfərdən çoxdur.[2]
Əkinçilik əsas yer tutur.