Ramadi (ərəb. ٱلرَّمَادِي) — İraqın Anbar mühafəzasında yerləşən ən böyük şəhər.[1] Paytaxt Bağdaddan təqribən 110 km qərbdə yerləşir. Şəhər 1879-cu ildə Osmanlı İmperiyası tərəfindən yaradılıb və 2011-ci ildə şəhərin əhalisi 375000 nəfər idi.
Şəhər | |
Ramadi | |
---|---|
ərəb. الرمادي | |
33°21′ şm. e. 43°47′ ş. u.HGYO | |
Ölkə | İraq |
Mühafəza | [[Anbar]] |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1869 |
Mərkəzin hündürlüyü | 50 m |
Saat qurşağı | UTC+3 |
Əhalisi | |
Əhalisi | 375 000 nəfər (2011) |
Rəsmi dili | Ərəb dili|Ərəb |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 31001 |
Vikianbarda əlaqəli mediafayllar |
2015-ci il mayın 18-də İŞİD İraqın hökumət qüvvələri şəhər uğrunda aylarla çəkən döyüşlərdən sonra, şəhəri ələ keçirib.[2] İŞİD qruplaşmasının nəzarətinə keçən şəhər xarabazara çevrilib, binaların böyük əksəriyyəti dağıdılıb.[3] Hökumət qoşunlarının hücumlarının qarşısını almağa cəhd göstərən yaraqlılar Ramadidə bütün körpüləri partladıblar.[3] 2015-ci ilin dekabr ayında İraqın hökumət qüvvələri ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın hava hücumları ilə Ramadi şəhərini İŞİD adlandıran qruplaşmadan azad edib.[4]