Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik (Azərbaycan)

Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik — Azərbaycan Respublikası Prezidentin 1996-cı il 12 iyul tarixli 471 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası və onun işçi orqanı olan Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılmışdır.[1]

Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik
Yaranma tarixi 1997
Mərkəzi
Sədr Hacı Əli Məmmədov

2021-ci ildə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2021 tarixli Fərmanı ilə Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik ləğv edilib və agentliyin balansındakı əmlak ANAMA-nın balansına verilib.[2]

Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərə külli miqdarda maddi ziyanın vurulmasını, həmin ərazilərdə dinc əhalinin əmlaklarının talanmasının kütləvi xarakter daşıdığını və ölüm təhlükəsi nəticəsində ata-baba torpaqlarını tərk edən qaçqınlara gələcəkdə öz yerlərinə qayıtmaqları üçün normal şəraitin yaradılması zərurətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli fərmanına uyğun olaraq, Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası və onun işçi orqanı olan Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılmışdır.

Dövlət Komissiyası üzərinə düşən vəzifələrin yerinə yetrilməsində Azərbaycan Respublikasının Prezidenti qarşısında cavabdehdir və fəaliyyəti haqqında mütəmadi olaraq ona hesabat verir.

Dövlət Komissiyası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərarlarını, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini, habelə bu Əsasnaməni rəhbər tutur.

Dövlət Komissiyası öz fəaliyyətini müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əlaqəli şəkildə həyata keçirir.

Dövlət Komissiyasının əsas vəzifəsi hərbi işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılmasını təşkil etməkdir. Dövlət Komissiyası, müharibə nəticəsində Azərbaycan Respublikasının torpaqlarına, yaşayış məntəqələrinə və digər obyektlərə dəymiş zərərin müəyyənləşdirilməsi, dağılmış obyektlərin bərpa edilməsi və yenidən qurulması proqramlarının layihələrinin tərtib edilməsi üçün müvafiq orqanlara tapşırıq verir. Komissiya, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarını, habelə aidiyyatı olan ictimai birlikləri cəlb etməklə, işçi orqan tərəfindən hazırlanmış bərpa və yenidənqurma proqramlarının layihələrini müzakirə edir və onları təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

Bərpa və yenidənqurma proqramını həyata keçirmək məqsədi ilə vəsait toplanması üçün beynəlxalq təşkilatlar, xarici dövlət və qeyri-dövlət qurumları ilə ardıcıl iş aparılır. Respublika büdcəsi və beynəlxalq təşkilatlar tərəfindən ayrılan vəsait hesabına maliyyələşdirilən hüquqi şəxs statusuna malik olan işçi orqan yaradılır. Bu orqan Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq onun işlərinin sayının yuxarı həddini müəyyən edir və əsasnaməni təsdiq edir. Bərpası və yenidən qurulması nəzərdə tutulan ərazilərdə istehsal və sosial təyinatlı obyektlərin layihələndirilməsində və inşa edilməsində icraçıları müəyyənləşdirmək üçün tender təşkil edilir. Görülən işlər barədə rübdə bir dəfədən az olmayaraq (dövri iclasların nəticələri əsasında) Azərbaycan Respublikası Prezidentinə hesabat verilir. Azərbaycan Respublikasının ərazisində bərpa və yenidənqurma işləri, məskunlaşma və beynəlxalq təşkilatların bu işdə rolu, xidməti və bununla bağlı digər məsələlər üzrə maraqlı olan tərəflərin iştirakı ilə seminarlar və elmi praktiki-konfranslar keçirilir. Bərpa və yenidənqurma proqramlarının yerinə yetirilməsi üçün müvafiq dəqiqləşdirilmiş tədbirlərin həyata keçirilməsi mexanizminin və müharibə nəticəsində zərər çəkmiş yaşayış məntəqələrinə dəymiş ziyanın müəyyənləşdirilməsi, onların bərpa edilməsi və yenidən qurulması haqqında təkif verilir.

Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin missiyası, Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş Azərbaycan Respublikası ərazilərinin bərpası və yenidən qurulması məqsədilə aparılan bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün onların həyat və məişətində minimum tələbatlara cavab verən şəraitin yaradılmasını təmin etməkdən ibarətdir.[1]

  1. 1 2 "Missiya: Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası" (az.). arra.az. 2015-08-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-14.
  2. "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]