Əli Аbdullа оğlu Məmmədov (8 iyul 1947, Daşkənd, Basarkeçər rayonu) — Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin bаş dirеktоru (1997 – 2021); Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyasının üzvü[1]; Azərbaycan Respublikasının əməkdar mühəndisi (2010).
Əli Məmmədov | |
---|---|
Məmmədov Əli Abdulla oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 iyul 1947 (77 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
|
İxtisası | Hidrotexniki qurğular |
Fəaliyyəti | mühəndis |
Atası | Məmmədov Abdulla Rüstəm oğlu |
Anası | Şövkət xanım |
Həyat yoldaşı | Cəmilə xanım |
Uşaqları | Sahib, Ülvi, Elvin |
|
|
Təltifləri |
|
Əli Məmmədоv 8 iyul 1947-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində аnаdаn оlmuşdur. 1965-ci ildə Bərdə rаyоnu Yeni Daşkənd kənd оrtа məktəbini bitirib.
1965-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun hidromeliorasiya fakultəsinin "Hidroelektrostansiyalar və çay qurğularının inşaatı" şöbəsinə daxil olub, 1970-ci ildə həmin fakultəni əla qiymətlərlə bitirərək "mühəndis-hidrotexnik" ixtisası almışdır.
1970-ci ildə institutu bitirdikdən sonra SSRİ Energetika Nazirliyinin "Azərenerjitikinti" Tresti Sərsəng TQİ-də mühəndis, böyük mühəndis, sahə rəisi və istehsal-texniki şöbənin rəisi vəzifələrində işləmişdir.
Ə.A.Məmmədov 1977–1983-cü illərdə Şəmkir SES TQİ-də istehsalat şöbəsinin rəisi və Şəmkir SES TQİ-nin rəis müavini vəzifəsində işləmişdir.
1983-cü ildən 1986-cı ilə kimi Yenikənd SES TQİ-nin rəisi vəzifəsində işləmişdir.
1986–1989-cu illərdə "Azərenerjitikinti" Trestində layihə-smeta şöbəsinin rəisi vəzifəsində çalışmışdır.
1989–1993-cü illərdə "Azərenerjitikinti" Trestinin rəis müavini vəzifəsində işləmişdir.
1993-cü ildə SSRİ-İran dövlətlərinin müştərək tikdiyi Xudafərin və Qız-Qalası hidrokompleksi layihəsinin SSRİ tərəfindən direktoru işləmişdir.
Ə.A.Məmmədov 1997-ci ilə kimi "Azərenerjitikintiquraşdırma" Şirkətində vitse-prezident vəzifəsində, İran İslam Respublikası ərazisində şirkət tərəfindən tikilən iki su qovşağı layihəsinə rəhbərlik etmişdir.
Ə.A.Məmmədov 1997-ci ildən 2021-ci ilə kimi Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin direktoru vəzifəsində çalışıb.
İşlədiyi müddət ərzində keçmiş dövrün müxtəlif mükafatları ilə təltif olunmuşdur.
2009-cu ildə Əli Məmmədоv müqəddəs Həcc ziyаrətində оlmuş və şərəfli Hаcı аdını аlmışdır.
13 aprel 1978-ci ildə SSRİ XTNS-nin baş komitəsi tərəfindən "SSRİ-nin Xalq Təsərrüfatının inkişafında əldə etdiyi naliyyələrə görə" Əli Abdulla oğlu Məmmədov Sərginin Qızıl medalı ilə təltif edilmişdir.
14 oktyabr 1980-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyyəti-nin qərarı ilə Əli Abdulla oğlu Məmmədov "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Dekabr 1980-ci ildə Məmmədov Əli Abdulla oğlu "SSRİ-nin Energetika və Elektrikləşdirmə" Əlaçısı döş nişanı ilə təltif edilmişdir.
9 aprel 2010-cu ildə Azərbaycan Respublikası prezidenti İlham Əliyev ölkənin tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə Məmmədov Əli Abdulla oğlunu "Əməkdar Mühəndis" fəxri adı ilə təltif etmişdir.[2]
13 iyul 2017-ci ildə Azərbaycan Respublikası prezidenti İlham Əliyev 3096 nömrəli sərəncamı ilə "Şöhrət" ordeni medalı ilə təltif etmişdir.[3]
27 may 2019-cu ildə Azərbaycan Respublikası prezidenti İlham Əliyev 1205 nömrəli sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin" 100 illik (1918-2018) yubiley medalı ilə təltif etmişdir.
Dəniz, Cəmilə, Aydan, Əli, Tuncay, Murad