Ərdəbilə[1] — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.[2]
Ərdəbilə | |
---|---|
38°51′00″ şm. e. 48°28′00″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Lerik rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 863 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Əhalisi 1500 nəfərdir.[3]
Kəndi Cənubi Azərbaycanın Ərdəbil mahalından gəlmiş ailələr salmışlar. Toponim Ərdəbil sözünə talış dilindəki -ə cəm şəkilçisini əlavə etməklə yaranmışdır, "ərdəbillilər" deməkdir. Bəzi tədqiqatçılar Ərdəbil toponimini "müqəddəs su" (İran dillərində arta/arda — müqəddəs) mənasında izah edirlər. Qədimdə Ərdəbildə müalicə əhəmiyyətli su olmuşdur. Başqa ehtimala görə, Ərdəbil qədim türk dillərində "dağ", "dağlıq", "dağ kəndi" mənasında işlənən art sözünə talış dilində "bataqlıq" mənasında işlənən "bil" sözünü əlavə etməklə yaranmışdır. [4]
Burovar silsiləsinin yamacında yerləşən bu kənd hər tərəfdən dağlar və meşələrlə əhatə olunmuşdur. Yayda maksimum temperatu +25, qışda isə −15 dərəcə arasında dəyişir. Gürdəsər, Əliabad, Soru, Camaşəir, Lərmərud, Kirəvud və Ordahal kəndləri ilə həmsərhəddir.