Lərmərud

LərmərudAzərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.[1]

Lərmərud
38°53′45″ şm. e. 48°29′05″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Lerik rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 637 m
Saat qurşağı
Əhalisi
Əhalisi 181 (2009) nəfər
Xəritəni göstər/gizlə
Lərmərud xəritədə
Lərmərud
Lərmərud

Əhalisi 181 nəfərdir.[2]

Tədqiqatçıların bir qismi oykonimi talış dilindəki ləqmə (çay sahili yamac) və rud (çay) sözlərinin birləşməsi hesab edir, “çay sahili yamacda yerləşən kənd” kimi izah edirlər. Kəndin adının ərazidən axan çayın adından yarandığını ehtimal edən tədqiqatçılar isə hidronimi talış dilindəki ləm (dayaz) və rud (çay) sözlərindən düzəlib, “dayaz çay” mənasını ifadə etdiyini bildirirlər.[3] Digər məlumatlara görə kəndin talış dilindəki adı LAMƏY-dir. Laməy talışca "laməyn"-yəni, hündür yer mənasındadır. Qonşu kəndlərin bəziləri bu kəndə "Laməvu" da deyirlər. Laməvu, yəni hündür yer. Burada "lam"-"ləm" -hündür, "ə" sifət yaradan şəkilçi, "vu" isə yer deməkdir. Laməy sözü də, "laməyn" sözünün ixtisar formasıdır. Burada "əyn" sifət yaradan şəkilçidir. Söz tarixən işləndikcə "n" ixtisar olunmuş və Laməy şəklində tələffüz olunmuşdur. Ləməynə di, Laməynə vu (hündür yer, hündür kənd) adları bu coğrafi adın əsl kökləridir. Bu coğrafi adın "Lərmərud" şəklində rəsmiləşdirilməsi həm sözün milli mənasını itirir, həm də tələffüzünü qəlizləşdirir və qeyri-estetik edir. Bu baxımdan, bu coğrafi adın orijinal formada-talışca LAMƏY kimi rəsmiləşdirilməsi vacibdir.[mənbə göstərin]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Yayı quraq keçən mülayim isti iqlim. Laməy dəniz səviyyəsindən 600 m hündürlükdə yerləşir. Kəndi cənubdan Dızdoni, şimaldan isə Pleymon alçaq dağları əhatə edir. Pleymon dəniz səviyyəsindən 1075 m hündürlükdədir.[mənbə göstərin]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhali əsasən əkinçilikmaldarlıqla məşğuldur.

Kənddə Elxan Qurbanov adına Lərmərud kənd tam orta məktəbi fəaliyyət göstərir.

Kənddə Lərmərud kənd məscidi dini icması fəaliyyət göstərir.[4]

  1. Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  3. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 236.
  4. MÜSƏLMAN DİNİ İCMALAR - 2010-cu ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-02-12 at the Wayback Machine. scwra.gov.az  (az.)