Ərinti ya Xəlitə — Ərintilərin alınması əridilmiş metalların bir-birində həll olması prosesinə əsaslanır. Əridilmiş metallarda həm də bəzi qeyri-metallar həll ola bilər. Məsələn, əridilmiş dəmirdə karbon və silisium həll olur. Soyudulduqda asan əriyən, odadavamlı, turşuyadavamlı və i.a. lazımi xasssələrə malik olan ərintilər alınır. Ərintilər tərkibinə və quruluşuna görə fərqləndirilir.
Ərintilər soyudulduqda eyni cinsli kristallar əmələ gəlir. Onların kristal qəfəslərinin düyünlərində müxtəlif metalların atomları yerləşir. Bu halda bərk məhlullar alınır.
Ərinmiş kütlə soyudulduqda ayrı-ayrı metalların kiçik kristalları ayrılır. Bu halda alınan ərinti metalların mexaniki qarışığından ibarət olur və bərk məhlul əmələ gəlmir.
Metallar qarşılıqlı həll olduqda onların atomları öz aralarında reaksiyaya girərək, intermetallik adlanan birləşmə əmələ gətirir. Ərinmiş metallarda qeyri-metallar həll olduqda da kimyəvi proseslər gedə bilər. İntermetallik birləşmələr — metallar bir-birində həll olduqda onların atomlarnın öz aralarında reaksiyaya daxil olaraq əmələ gətirdiyi birləşmələrdir. Beləliklə, bürüncdə CuZn, CuZn3, Cu3Zn2 tərkibli birləşmələr, çuqunda isə Fe3C birləşməsi əmələ gəlir. Bu birləşmələr valentlik qanununa tabe olmur.
Ərinmiş halda metalların nəinki mexaniki qarışması, həm də öz aralarında qeyri-metalların atomları ilə müxtəlif birləşmələr əmələ gətirməsi qabiliyyəti ərintilərin fiziki xassələrinə görə, onları təşkil edən metalların fiziki xassələrindən kəskin şəkildə fərqlənməsinə səbəb olur.
Ərintinin alınmasının əsas üsullarından biri ərinmiş metalların bir-birində həll olması qabiliyyətinə əsaslanır. Soyudulduqda qabaqcadan gözlənilən xassələrə malik asanəriyən, istiyədavamlı, turşuyadavamlı və s. ərintilər əmələ gəlir.
Ərintilərin, öz tərkiblərindəki ayrı-ayrı metallara nisbətən möhkəmliyi daha yüksək, ərimə temperaturu daha aşağı olur.
Metallar üçün xarakterik olan xasəələrə malik iki və ya daha çox metaldan, ya da metaldan və qeyri-metaldan ibarət sistemlərə ərintilər deyilir.