Ərkil — İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı[1][2].
Tarixi İrəvan quberniyası əraziləri | |
Eçmiadzin qəzası | |
---|---|
Mənbədə Arkel kimidir. 1590-cı ildə Rəvan əyalətinin İrəvan qəzasında kənd adı[3][4], 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı[5][6]. "Qara Abdal kəndinin yaxınlığında yerləşir".
Ərk adından və qədim türkcə il (azərbaycanca el-"tayfa") cözündən ibarətdir. Erkən orta əsrlərdə Van gölündən şimal-qərbdə Tavrubəran əyalətində (Araz çayının yuxarı axını ilə Murad-Su və Bingöl-Su, yə'ni Mingəl-Su çayları arasında) Ark (Ərk) mahalından[7][8] çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XX əsrin 30-cu illərində kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir.[9]
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |