1967–1986-cı illərdə AMEA akad. H. Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq şöbəsinin rəhbəri, 1970–1990-cı illərdə Azərbaycan Coğrafiya Cəmiyyətinin prezident müavini, 1974–1983-cü illərdə isə AMEA Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini kimi vəzifələri tutmuşdur. Müxtəlif dövrlərdə bir çox məsul vəzifələrə təyin olunmuşdur: AMEA müxbir üzvü (1976, Dövlət imtahanı komissiyasının sədri (APİ. Coğrafiya ixtisası üzrə. Bakı) (1982), AMEA Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini (1986), AMEA Coğrafiya İnstitutununfiziki coğrafiya və xəritəçilik şöbəsinin rəhbəri (1986), AMEA həqiqi üzvü (1989), Azərbaycan Coğrafiya Cəmiyyətinin V qurultayında cəmiyyətin prezidenti və AMEA Coğrafiya İnstitutunun coğrafiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiəsi üzrə ixtisaslaşdırılmış şurasının sədri (1990), Azərbaycan İctimai-Siyasi Kollecində Təbiət kafedrasının müdiri və Azərbaycan Ağsaqqallarnın üçüncü növbədən kənar qurultayında Respublika Ağsaqqallar Şurasının sədri (1997), Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü (1999), Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimika Komissiyasının üzvü (1999) və komissiyanın sədri (2000–2012).
1959-cu ildə AMEA-nın kompleks ekspedisiyası tərkibində Kiş çayının sellərinin öyrənilməsi, Kiş çayı hövzəsinin geniş tədqiqi və irimiqyaslı geomorfoloji xəritəsinin tərtibi, selli çayların geomorfoloji baxımdan ətraflı öyrənilməsi, Kiş çayı hövzəsində apardığı tədqiqatlar geomorfologiya elminin bir neçə problemlərinin həllinə, o cümlədən bəzi paleocoğrafi məsələlərin aşkar edilməsinə yardımçı olmuşdu. Kiş hövzəsində aparılan dəqiq tədqiqat nəticəsində ilk dəfə Kəm morenini aşkar etmiş və onun Üst Pliosen yaşlı olduğunu müəyyənləşdirmişdir. Kəm moreninin altında yatmış, yüksək səviyyədə cilalanmış, konqlomerata çevrilmiş çay daşları ona əsas vermişdir ki, Paleokişçayın mənbəyinin onun müasir mənbəyinə nisbətən xeyli şimaldan, indiki Samurçay hövzəsindən başlandığı fikrini irəli sürmüşdür. Kiş çayı hövzəsində apardığı tədqiqatların növbəti, ən başlıca uğurlarından biri də L. N. Leontyevin Böyük Qafqazın cənub yamacında baş verən sellərin sönməyə doğru getməsi proqnozunu elmi dəlillərlə inkar etmişdir.
1956-cı ildə Qafqazıngeomorfoloji və geoloji tədqiqat tarixində ilk dəfə 3600 metr mütləq yüksəklikdə Üst Sarmat çöküntülərini 3600 metr mütləq yüksəklikdə aşkar etməsi tektonika, o cümlədən yeni tektonika, geomorfologiya və digər bir çox elm sahələrində Böyük Qafqazın yaşının nisbətən daha cavan olması nəzəriyyəsinə üstünlük verməsinə real elmi əsas yaratmışdır. Bir qrup alimlərlə birgə (N. V. Dumitraşko, B. Ə. Budaqov, D. A. Lilienberq, N. Ş. Şirinov) AzərbaycanınBöyük Qafqaz hissəsinin paleoçaylar şəbəkəsini bərpa etmələri, düzəlmə səthlərini dərindən öyrənmələri Azərbaycangeomorfologiya elminin uğurları.
1973–1978-ci illərdə Cənub-şərqi Qafqazın geomorfologiyası və yeni tektonik hərəkətlər adlı monoqrafiyası keçmiş SSRİ Coğrafiya Cəmiyyətinin elan etdiyi Ümumittifaq müsabiqəsində öz yüksək elmi dəyərinə görə N. İ. Prjevalski adına Qızıl medalına layiq görülmüş və Azərbaycangeomorfologiya elminin keçmiş Sovetlər İttifaqı miqyasında qazandığı sanballı elmi uğurlardan idi.
1985-ci ildə- B. Ə. Budaqov və Almaz Mikayılovun yeni tektonik hərəkətlərin respublika landşaftının yaranmasına təsirinin tədqiqinə həsr olunmuş və keçmiş SSRİlandşaftşünasları tərəfindən yüksək rəğbətlə qarşılanmış birgə monoqrafik əsərin nəşri Azərbaycanlandşaftşünaslıq elminin uğurlarından idi.
1985–1988-ci illərdə Azərbaycanın təbiəti və Azərbaycanın təbii landşaftı adlı monoqrafiya ilə respublikanın təbiətinə həsr etdiyi hər iki monoqrafik əsər respublika ərazisində inkişaf etmiş təbii landşaftların səciyyəvi xüsusiyyətlərini, formalaşması qanunauyğunluqlarını elmi əsaslarla özündə əks etdirir və elmi-nəzəri baxımdan landşaftşünaslıq elminin müasir tələbliri səviyyəsindədir. Landşaftşünaslıqla geomorfologiya elminin sərhəddində yaradılan yeni elmi məktəbin ilk daşıyıcıları – tədqiqatçıları B. Ə. Budaqov, A. A. Mikayılov və E. K. Əlizadədir.
1985ci ildə Aerokosmik materiallardan geniş istifadə məqsədilə AMEA Həsən Əliyev adına Coğrafiya İnstitutunda Aerokosmik metodlar laboratoriyası yaradıldı. Azərbaycan və qonşu ölkələrinin dağlıq ərazilərdə kosmik şəkillərin geomorfoloji deşifrləmə materialları əsasında müxtəlif tip və mənşəli tektonik qırılmalara uyğun gələn, qanunauyğun istiqamətlənmiş, mürəkkəb qövsvari, xətti və dairəvi lineamentlər şəbəkəsi müəyyən etmişdir. Bu materialların struktur-geomorfoloji interpretasiyası isə Alp tipli oroqen zonasına uyğun gələn bu ərazilərdə qırışıq, qırışıq-qayma, şaryaj, qırışıq-üstəgəlmə, vulkanogen və s. mənşəli morfostrukturlar ayırmağa imkan vermişdir. Alınmış elmi materiallara əsaslanmaqla bu dağlıq ərazilərin litosfer tavaları nəzəriyyəsi əsasında prinsipcə yeni linament-qırılma şəbəkəsi və morfostruktur karkas xəritəsi tərtib etmişdir. Əldə olunmuş deşifrləmə materialları tədqiq olunan ərazilərin Alp qırışıqlığı mərhələsində geodinamiki inkişaf modelini işləyib hazırlamağa imkan vermişdir.
1973–1981-ci illərdə- Elmi tədqiqat işlərinə başlayan ilk anlardan toponimlərin öyrənilməsinin mühüm elmi əhəmiyyətini dərk edərək coğrafi adlara dair materiallar toplamış, nəşr olunmuş əsərlərdən ibarət zəngin fond yaratmış, bir neçə elmi məqalə dərc etdirmiş, respublika üzrə toponimikaya həsr edilmiş iki elmi konfrans keçirmiş və gələcəkdə toponimika üzrə aparıcı elmi-tədqiqat mövzularını məqsədyönlü planlaşdırmışdı.
1994-cü ildə Türk uluslarının yer yaddaşı adlı monoqrafiya işıq üzü görmüşdür. Bu elmi əsərdə göstərilmişdir ki, uzaq keçmişdə türkdilli xalqlar Sakit okeanın şimal-qərb sahillərindən başlayaraq qərbə — Alp dağlarına qədər, şimalda Şimal Buzlu okeanıncənub sahillərindən başlayaraq Himalay dağ sisteminə qədər olan ərazilərdə məskunlaşmışlar. Əsər ingilis (1997) və rus (1997) dillərində Avrasiyanın türk toponimləri adı altında nəşr edilmişdir. Burada türkdilli xalqların coğrafi yayılması faktik materiallarla, təkzibedilməz toponimlərlə sübut olunmuş və türkdilli xalqların qohum (paralel) coğrafi adları aşkara çıxarılmaqla onların tarixi miqrasiya yolları haqqında elmi əsaslara söykənən fikirlər irəli sürülmüşdür. Türk dünyası toponimlərinə həsr edilmiş bu ilk əsər türk dünyasında aparılan dəyərli toponimik tədqiqatdır.
1988-ci ildə — Azərbaycan Respublikasının payına düşən Xəzər sektorunun elmi ərazisinin tədqiqində mühüm elmi işlər aparmaq üçün İnstitutda Xəzər dənizini öyrənən şöbə təşkil etmişdir.
1977–1997-ci illərdə Xəzər dənizi səviyyəsinin 2,5 metr qalxması nəticəsində sahil zonasında abraziya prosesi güclənmiş, sahilboyu uzanan bir neçə kilometr ovalıqları su basmış, nəticədə onlarla kənd, qəsəbə, müxtəlif tikintilər dağılmış, dəniz limanlarının, şose və dəmir yollarının normal işi pozulmuşdur. Ətraf mühitdə baş verən gərginliyi aradan qaldırmaq məqsədilə Xəzər dənizinin sahil zonasında tədqiqatlar təşkil edilmiş, dövlətə, eləcə də əhaliyə dəyən ziyanı aradan qaldırmaq məqsədilə millət vəkilləri ilə birgə sahil zonasında əməli işlər aparılmış, tərəfimizdən bir neçə mühüm təklif irəli sürülmüşdür.
1990 -Ətraf mühitin mühafizəsinə həsr edilmiş uğurlu əsərlərdən biri Dözümlü, dözümsüz təbiətdir . Burada ilk baxışda hər cür təzyiqə tab gətirən və özünü bərpa edə bilən təbiətdən, ətraf mühitdən istifadədən, elmi-texniki tərəqqi ilə əlaqədar təbiətin deqradasiyaya uğramış sahələrinin ilkin görkəminin bərpasından danışılır.
1980-ci ildə Azərbaycan Respublikası ərazisinin ekoloji gərginlik dərəcəsinə görə ekoloji-coğrafi rayonlaşma (1:500 min miqyasda) xəritəsini tərtib etmişdir. Burada xəritənin tərtibi prinsipi işlənilmiş, təbii (zəlzələ, sel, sürüşmə, dolu, isti quru küləklər və s.) və antropogen (suyun, havanın, torpağın və s. çirklənmə dərəcəsi) amillərin təsiri dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası ərazisində 23 bölgə (rayon) ayırmışdır. Onlardan beşi respublikanınXəzər dənizi hissələrində, 18-i isə quruda müəyyən edilmişdir. Xəritədərespublikanın hər bir bölgəsinin təbiətini saflaşdırmaq məqsədilə hansı tədbirlərin aparılmasının tələb olunduğu göstərilmişdir.
1976 — Coğrafiməkan quruluşunun sistemi adlı yazı da ətraf mühitin ekvatordan qütblərə, eləcə də Yerin təkindən coğrafi məkanın üst qatına qədər olan quruluşu sistemli şəkildə verilmişdir. Məqalə coğrafi məkanın quruluşunun istər üfüqi, istərsə də şaquli istiqamətdə sistemləşdirilməsinə, geniş oxucu kütləsi tərəfindən ətraf mühitin, eləcə də oraya daxil olan biosferin dərindən dərk edilməsi işinə əməli yardım göstərir.
1978 — Təbiətin kortəbii hadisələrinin sistemləşdirilməsi adlı əsərində təbiətin dağıdıcı hadisələri müxtəlif qruplara bölünmüş, onların fəaliyyətinin davamiyyət müddəti göstərilmiş və növləri açıqlanmışdır.
1960–1961-ci illərdə Elmi-ictimai mövqeyindən istifadə edərək daim çalışmış ki, instituta perspektivli gənclər işə götürülsün, aspiranturaya qəbul zamanı müsabiqələrdə bilikli gənclərinə üstünlük verilsin.
Bu məqsədlə SSRİ EA-nın müvafiq institutlarına (məqsədli aspiranturaya) göndərilən aspirantları Moskvaya özü aparır, onların SSRİ EA Coğrafiya, Okeanologiya institutlarının, adı Moskva Dövlət Universitetinincoğrafiya fakültəsinin aspiranturasına qəbul edilməsinə yardımçı olmuş. (İ. Mərdanov, R. Quliyev, N. Abdullayev, B. Baxmalov və b).
1960-cı illərdən başlayaraq AMEA Coğrafiya İnstitutunda Müdafiə Elmi Şurası yaradılmışdır. Elmi Şurada elmi katib, şuranın sədr müavini və sədri olduğu vaxtlarda 40 il müddətində 128 nəfər coğrafiya elmləri namizədi, 12 nəfər isə coğrafiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Buraya gürcülər, qazaxlar, türkmənlər, ermənilər, özbəklər, taciklər, qırğızlar, ruslar, avarlar, habelə AFR, Kipr və digər ölkələrin elmi əməkdaşları daxildir.
1992-ci ildə nəşr edilən Təbiət və poeziya əsəri Azərbaycan poeziyasında təbiətin tərənnümü geniş oxucu kütləsi arasında poeziyanın gücü ilə təbiətin estetik gözəlliyini vəsf etmək, onu xalqa sevdirməklə yanaşı, şairlərimizin poetik dildə öz bədii obrazlarının daxili dünyasını açmasını, ətraf mühitin ayrı-ayrı komponentlərinin qorunmasını, təbii sərvətlərdən səmərəli və qənaətlə istifadə edilməsini qabarıq şəkildə oxucuya çatdırmaq olmuşdur.
1983 Məktəbcoğrafiyasına keçmiş Maarif Nazirliyi nəzdində yaradılmış Tədris Metodiki Şuranın sədri, Azərbaycan məktəbi jurnalına əlavə edilmiş Tarix, ictimaiyyət və coğrafiya seriyasının redaksiya heyətinin üzvü kimi fəaliyyətilə, elmi-metodiki konfranslar keçirmiş, coğrafiya metodikası üzrə respublika miqyasında keçirilən elmi forumlarda məruzələr etmiş, coğrafiya müəllimləri ilə görüşmək, dövri mətbuatda həm coğrafiyanın aktual problemləri üzrə məqalələrin yazılması üçün sifariş vermək, coğrafiya müəllimlərinin sifarişi ilə məqalələr yazmaq vasitəsilə həyata keçirmişdir.
1983-cü ildən başlayaraq məktəb coğrafiyası sahəsində gördüyü işlər həm orta məktəb müəllimləri, həm də şagirdlər üçün faydalı olmuşdur. Son 20 ildən artıq bir dövrdə orta məktəblərin səkkizinci sinfi üçün yazdığı Azərbaycan Respublikasının fiziki coğrafiyası adlı dərslik bir neçə dəfə yenidən nəşr olunmuşdur.
1980-ci ildə Orta məktəbdə Azərbaycan coğrafiyası tədrisini yaxşılaşdırmaq məqsədilə çəkilmiş sənədli filmin ssenarisini yazmış və həmin film bu istiqamətli filmlər arasında keçirilən müsabiqədə mükafata layiq görülmüşdür.
M. A. Müseyibov və N. Ş. Şirinovla birgə Ali məktəblər üçün yazdıqıarı Geomorfologiya dərsliyi ən yaxşı dərsliklərdən sayılır. Bu dərslik iki dəfə təkrar nəşr edilmişdir.
1970-ci ildə keçmiş SSRİ Coğrafiya Cəmiyyətinin Elmi Şurasının üzvü seçildikdən sonra ildə iki dəfə Leninqradda bu Şuranın işində iştirakı keçmiş İttifaq miqyasında keçirilən SSRİ Coğrafiya Cəmiyyəti qurultaylarının təşkilinə əməli köməklik göstərməsinə zəmin yaratmışdı. Azərbaycan coğrafiyaçılarının keçmiş İttifaq miqyasında xüsusi mövqeyi olmuşdur. SSRİ Coğrafiya CəmiyyətininMoskva, Leninqrad, Kiyev, Bişkek, Tbilisi və Kazanda keçirilən qurultaylarının işində təşkilatçılardan biri kimi yaxından iştirakı bu da Azərbaycan Coğrafiya Cəmiyyətinin fəaliyyətinin daha da yaxşılaşmasına imkan vermişdir.
Geniş əhatəli elmi-tədqiqat və elmi-təşkilati işləri Rusiya Akademiyasının dərc etdiyi "Geomorfologiya" (Moskva), "Təbiət və təbii ehtiyatlar" (İrkutsk), "Səhraların mənimsənilməsi problemləri" (Aşqabad) jurnallarının redaksiya heyətinin üzvü seçilmiş və bunlarla yanaşı, respublikamızda dərc edilən "Azərbaycan EA Xəbərləri" (Yer elmləri seriyası), "Azərbaycan təbiəti" kimi jurnalların da redaksiya heyətinin üzvü olaraq coğrafiya elminin inkişafında və təbliğində, beynəlxalq statuslu bir çox jurnalların ("Azərbaycan dünyası", "İrs"-"Naslediye" və s.) redaksiya heyətinin üzvü idi.[4]
Budaq Budaqov coğrafi təkanın, sel ocaqlarının təsnifatını vermiş, təbiətin dağıdıcı hadisələrini sistemləşdirmiş, Böyük QafqazınAzərbaycan hissəsinin geomorfologiyasını, yeni tektonik hərəkətlərini, Müasi və qədim buzlaşmasını öyrənmiş, ərazinin xəritələrini (1:200000) tərtib etmişdir. İlk dəfə (1956) Qafqazda 3600 m mütləq yüksəklikdə Üst Sarmaq yaşlı dəniz faunasını aşkara çıxarmışdır. Azərbaycanın təbii və antropogen landşaftını, orada baş verən səhralaşmanı, landşafın geokimyasını öyrənmişdir. İlk dəfə Azərbaycanda təbii-dağıdıcı hadisələrin intensivliyinə görə ekoloji-coğrafi şəraiti tədqiq etmiş və ərazinin 1:500000 xəritəsini tərtib etmişdir. Aerokosmik üsullarla Böyük və Kiçik Qafqazın şərq hissəsinin morfostruktur quruluşunun qanunauyğunluqları və landşafın differensiasiyası müəyyənləşdirilmişdir. İlk dəfə Şərqi Avropada və Asiyada türk mənşəli Ermənistan və Gürcüstanda isə Azərbaycan mənşəli toponimləri öyrənmişdir.
Elmi yaradıcılığında coğrafiya elminin yeniliklərinin vaxtında xalqa çatdırılması, yazdığı məqalələr dövri mətbuatda – qəzet və jurnallarda dərc olunmuş, respublika televiziyası və radiosu ilə maraqlı mövzularda çıxışları, oxucular və dinləyicilərlə respublikanın bütün əhalisi ilə yaşaya-yaşaya onlarla həmsöhbət olmuşdu.
Xalqla daimi ünsiyyət, onun maariflənməsi və intellektual səviyyəsinin yüksəlməsinə xidmət etmək ömrünün mənası olmuşdur. Geniş oxucu və dinləyici kütləsindən təcrid olunmuş hər hansı bir alim öz dar ixtisası üzrə fəaliyyət göstərdikdə onun elmi uğurlarından ancaq bu elm dairəsinə daxil olan şəxslər faydalanır. Lakin bu qəbildən olan alimlərin elmi uğurları elmi-kütləvi dilə çevrilərək ilk növbədə müəllifi geniş oxucu kütləsinə tanıtdırır, sonra isə xalqın bilik xəzinəsini zənginləşdirməyə yardımçı olur.
1955-ci ildən başlayaraq çap etdirdiyi yüzlərlə elmi-kütləvi məqalədən, məktəblilər, tələbələr, eləcə də geniş oxucu kütləsi faydalanmışdır.
1976–1987-ci illərdə oncildlik ASE-nin nəşri xalqımızın mühüm uğurlarından idi. ASE Elmi Redaksiya Şurasının üzvü kimi bu bilik xəzinəsi sözlüyünün tərtibində, yazılmasında və redaktəsində fəal iştirakı.
2004-cü il aprel ayının 4-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yenii nəşrinə başlanılan Azərbaycan Milli Ensiklopediyasında millətin tarixi, elmi, mədəniyyəti, incəsənəti, ayrı-ayrı şəxslərin həyat fəaliyyətinin ən ali toplusunu AMEA-nın elmin yeni prizmasında daha yüksək səviyyədə yazılmasında redaksiya heyəti tərkibinin üzvü.
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 1051; o cümlədən: elmi-populyar – 475; elmi əsər – 576
Böyük Qafqazın Cənub-Şərq hissəsinin (Azərbaycan ərazisinin) oroqrafiyasına dairş AzSSR EA Xəbərləri. Geologiya-coğrafiya elmləri və neft seriyası. 1958, № 2, s. 113–130, xülasə rus., ədəbiyyat: 22 adda.
Böyük Qafqazın şərq hissəsinin müasir və qədim buzlaşması. AzSSR EA Məruzələri. 1958, 14-cü c, № 2, s.119–124.
Şahdağ zonasında yeni tapılmış yuxarı Sarmat çöküntüləri və onunla əlaqədar olan tektonik hərəkətlər haqqında. Elmi əsərlər/ADU.
Geologiya və coğrafiya elmləri seriyası. 1958, № 1, s. 33–37. Q. M. Sultanovla birlikdə.
Cənub-Şərqi Qafqazın şimal yamacının dəniz və çay terrasları AzSSR EA Xəbərləri. Geologiya-coğrafiya elmləri və neft seriyası. 1959, № 3, s. 117–130, xülasə rus., ədəbiyyat: 25 adda.
Şərqi Qafqazın bəzi buzlaqlarının geri çəkilməsinə dair AzSSR EA Məruzələri. 1959, 15-ci c., № 5, s. 401–404, xülasə rus 1960
Azərbaycan SSR-in fiziki coğrafiyasının qırx ildə öyrənilməsi və onun gələcək vəzifələri haqqında AzSSR EA Xəbərləri. Geologiya-coğrafiya elmləri və neft seriyası. 1960, № 2, s. 83–88, xülasə rus.
Bir dərslik haqqında AzSSR EA Xəbərləri. Geologiya-coğrafiya elmləri və neft seriyası. 1960, № 4, s. 112–114. N. Ş. Şirinovla birlikdə.
Həsənbəy Zərdabinin coğrafi fikirləri. AzSSR EA Xəbərləri. Geologiya-coğrafiya elmləri və neft seriyası. 1960, № 3, s. 132–142, xülasə rus., ədəbiyyat: 7 adda.
Hövzənin geomorfoloji quruluşu. Kişçay hövzəsində sel hadisələri və onunla mübarizə tədbirləri. Bakı, 1961, s. 22–27.
Şahdağ massivində (Azərbaycan SSR) baş vermiş qədim buzlaqların eqzarasion və akkumulyativ relyef formaları AzSSR EA Coğrafiya İnstitutunun əsərləri. 1961, 10-cu c., s. 90–109, xülasə rus., ədəbiyyat: 16 adda.
Alazan-Əyriçay vadisinin Mazımçay-Şinçay arası sahəsi) landşaft xüsusiyyətinə dair//Elmi əsərlər/ADU. Geologiya-coğrafiya elmləri seriyası. 1964, № 2, s. 49–59. V. N. Nəbiyevlə birlikdə.
Azərbaycanın Böyük Qafqaz hissəsinin müasir və qədim buzlaqları Bakı: AzEA nəşr., 1965, s. 156, ədəbiyyat: 189 adda.
Dağların həyatı Bakı: Azərnəşr. 1965, s. 99, ədəbiyyat: 11 adda.
Alazan-Həftəran çökəkliyinin fiziki-coğrafi rayonlaşması elmi əsərlər /ADU. Geologiya-coğrafiya elmləri seriyası. 1965, № 3, s. 87–93, ədəb: 6 adda.
Cənub-Şərqi Qafqazın cənub yamacının sürüşmələri.AzSSR EA Xəbərləri. Yer haqqında elmlər seriyası. 1966, № 2, s. 95–101, xülasə rus., ədəbiyyat: 8 adda. A. A. Mikayılovla birlikdə.
Naxçıvan MSSR düzənlik landşaft kompleksiAzSSR EA Coğrafiya Cəmiyyətinin əsərləri. 1968,4-cü cild, s.148–159, xülasə rus. S. Y. Babayevlə birlikdə.
Coğrafiya terminləri lüğəti. Bakı: "Elm", 1972, s.109. R. M. Yüzbaşov, Ə. C. Əyyubov, Ş. C. Əliyev, X. C. Zamanov, X. İ. Ömərova, S. H. Rüstəmov, B. S. Cəfərov, N. Ş. Şirinovla birlikdə.
Azərbaycan toponimikasının öyrənilməsi və vəzifələri haqqında Azərbaycan toponimikasının öyrənilməsinə həsr edilmiş elmi konfransın materialları. Bakı, 1973, s. 5–6.
Azərbaycan SSR-in təbii landşaftları və onların qorunması//Bakı: "Elm", 1974, s. 37.
Azərbaycan SSR landşaftının şaquli differensiasiyasına dair. AzSSR EA Xəbərləri. Yer haqqında elmlər seriyası. 1974, № 6, s. 3–10, xülasə rus., ədəbiyyat: 10 adda.
Mişovdağ palçıq vulkanlarının geomorfoloji quruluşu və müasir landşaftı. AzSSR EA Xəbərləri. Yer elmləri seriyası. 1975, № 5, s. 73–78, xülasə rus, ingl. Mikayılovla birlikdə.
Naxçıvan MSSR-in təbii rayonlaşması və şaquli qurşaqların strukturu: Azərbaycan SSR relyefinin inkişaf tarixi məsələləri və landşaftları//Elmi əsərlər/AzSSR EA Coğrafiya İnstitutu. 1976, 16-cı c, s.178–192, xülasə rus., ədəbiyyat: 21 adda. S. Y. Babayevlə birlikdə.
Kitabi Dədə Qorqud dastanı və toponimlərimiz . Elm və həyat. 1977, № 6, s. 18–20.
Azərbaycanda palçıq vulkanlarının geniş yayıldığı ərazilərin landşaft rayonlaşması//AzSSR EA Xəbərləri. Yer elmləri seriyası. 1978, № 3, s.8–12. A. A. Mikayılovla birlikdə.
Sovet Azərbaycanının coğrafiyası//Tarix, ictimaiyyət, coğrafiya tədrisi//Azərbaycan məktəbi. 1983, № 3, s. 44–52.
Azərbaycan SSR-in coğrafiyası: 7–8-ci siniflər üçün//Bakı: Maarif, 1984, s.159. H. B. Əliyevlə birlikdə.
Elim, obam mənim//Bakı: Elm, 1984, s. 69.
Məktəb coğrafiyası kursunun tədrisində geologiya//Tarix, ictimaiyyat, coğrafiya tədrisi/Azərbaycan məktəbi. 1984, № 5, s. 24–30.
Oroqrafiya. Azərbaycan Respublikasının konstruktiv coğrafiyası //Bakı: "Elm", 1996. s. 6–9. N. Ş. Şirinovla birlikdə.
Relyefin morfometrik xüsusiyyətləri. Azərbaycan Respublikasının konstruktiv coğrafiyası//Bakı: "Elm", 1996, s. 16–19. İ. E. Mərdanovla birlikdə.
Coğrafiya elmi 50 ildə //Coğrafiya elmi 50 ildə. Bakı: "Elm", 1996, s.3–4.
Relyefin əsas genetik tipləri. Azərbaycan Respublikasının konstruktiv coğrafiyası//Bakı: "Elm", 1996, s. 19–24. X. K. Tanrıverdiyev, V. D. Hacıyev, A. S. Səfərovla birlikdə.
Geomorfoloji rayonlaşma. Azərbaycan Respublikasının konstruktiv coğrafiyası//Bakı: "Elm", 1996, s. 31–32.
Geomorfologiya. Coğrafiya elmi 50 ildə//Bakı, 1996, s. 25–35. N. Ş. Şirinov, X. L. Tanrıverdiyev və E. K. Əlizadə ilə birlikdə.
Landşaftşünaslıq. Coğrafiya elmi 50 ildə //Bakı: "Elm", 1996, s.15–26.
Toponimika. Coğrafiya elmi 50 ildə //Bakı: "Elm", 1996, s. 116–122.
Coğrafi tədqiqatların xalq təsərrüfatına tətbiqiCoğrafiya elmi 50 ildəBakı: Elm, 1996, s. 122–142.
Azərbaycan Respublikasının təbii-iqtisadi rayonlaşdırılması və onun inzibati idarəetmədə istifadə yolları Azərbaycan XXI əsrin astanasında Respublika elmi-praktiki konfransının materialları//Bakı, 1997, s.272–274. A. Nadirov və T. Həsənovla birlikdə.
Ləzə sürüşmə sel axınının əmələ gəlməsinin geodinamiki xüsusiyyətləri Azərbaycan Coğrafiya Cəmiyyətinin VII qurultayının materialları. Bakı, 1998, s.6. A. A. Mikayılov və A. İ. Qəhrəmanovla birlikdə.
Yaddaşımızın tarixi. Dil məsələlərinə dair tematik toplu-2.//Bakı, 1998, s.116–120.
Coğrafiya elminin müasir fundamental problemləri. Coğrafiyanın fundamental problemləri üzrə Birləşmiş Elmi Şuranın ikinci səyyar sessiyası haqqında. Bakı: "Elm", 1998, № 19–20, s. 44–53.
Azərbaycanın təbii-coğrafi şəraiti/Azərbaycan tarixi. Bakı: "Elm", 1998, s.44–53.
Azərbaycanlıların Ermənistandan deportasiyası tarixinin tədqiqi sahəsində təxirəsalınmaz vəzifələrimiz. Tarix və onun problemləri. Bakı, 1998, № 1(3), s.3–16. və s.[27]
Əfsanəli dağlar: Azərbaycan dağları haqqında. Bakı: "Elm", 1973, s. 86. H. Ə. Əliyevlə birlikdə.
Məktəb coğrafiyası kursunun tədrisində geologiya//Tarix, ictimaiyyat, coğrafiya tədrisi/Azərbaycan məktəbi. 1984, № 5, s. 24–30
Qazaxıstan torpağının gur şəlaləsi: Ç. Z. Vəlixanovun anadan olmasının 150 illiyi münasibətiləAzSSR EA Xəbərləri. Yer elmləri seriyası. 1987, № 5, s. 71–76.
Akademik H. Ə. Əliyev torpaqşünas, coğrafiyaşünas, torpağın həyəcan carçısı (elmin korifeyləri) //Bakı: "Elm", 1994, s.197.
Bakıxanovun coğrafi fikirlərinə dair.Abbasqulu Ağa Bakıxanov 200 (1794–1846)Respublika konfransının materialları (tezisləri). 1994, s. 18–19.
Elin oğlu (akademik H. Ə. Əliyev haqqında xatirələr). Tərtibçi// Bakı: "Elm", 1995, s. 154, 2002, s. 136.
Novruz yaşarlı ömür. Şıxəli Qurbanov haqqında xatirələr//Bakı: "Elm", 1996, s. 47.
AzərbaycanlılarınErmənistandan deportasiyası tarixinin tədqiqi sahəsində təxirəsalınmaz vəzifələrimiz. Tarix və onun problemləri. Bakı, 1998, № 1(3), s.3–16.
Xalqımızın şəfaətli Şəfaəti. Görkəmli alim, səmimi insan, unudulmaz dost (akademik Şəfaət Mehdiyev haqqında xatirələr)//Bakı, 2000
İlham dünyası (İlham Əliyev haqqında).//Təfəkkür elmi-ictimai-siyasi jurnal. 2000, № 2, s. 2–7.
Selləri ram etmək olar Azərbaycan təbiəti. 2001, № 1.
Tale yüklü dənizlər.Coğrafiya elminin uğurları. "İsmayıl" nəşr, 2001, s.65.
Ziyalı Ziya duhası. Ölümdən güclü. Ziya Bünyadov müasirlərin xatirələrində//Bakı: "Elm", 2002, s. 286. və s.
Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü
Şəmsiyə Musa qızı. Alim oldun yaz, cahil oldun qaz. //İki sahil.-2000, 18 fevral.
Elşən Məmmədov. Görkəmli alim, gözəl insan//Vaxt.-1999, 14 – 20 yanvar.
Zahid Məmmədov. Elm fədaisi (B. Ə. Budaqovun anadan olmasının 70 illiyi münasibətilə)//Azərbaycan müəllimi.-1998, 5 fevral.
Hüseyn Əhmədov. Qərbi Azərbaycan ziyalılarının ümumazərbaycan maarifi, elm və mədəniyyətinin inkişafında tarixi xidmətləri//Azərbaycan.-1998, 23 fevral. S. 5.
Azərtac. Azərbaycan Prezidenti Heydər Əliyev Respublika Ağsaqqallar Şurasının üzvlərini qəbul etmişdir (B. Ə. Budaqov haqqında). //Azərbaycan.-1998, 22 may.
Akif Əlizadə. Elmə həsr edilmiş ömür//Respublika.-1998, 24 fevral. B. Ə. Budaqovun elmi fəaliyyətindən
Nərgiz Rüstəmli. İstanbulda 3 gün//Respublika.-1997, 30 aprel. S3.
↑Б.Г.Векиловым, А.В.Мамедовым, Н.И.Мамедьяровым, Н.В.Пашалы, Н.Ш.Шириновым, Д.М.Сулеймановым.Составлена по материалам Институтов географии и истории АН Азерб. ССР Баку,1971