Ərvah Səbzəvar dərəsi

Ərvah Səbzəvar dərəsi (fars. دره ارواح سبزوار‎) — İranda dərə. Dərə Çah Suxtə kəndindən 3 kilometr (1.9 mil) cənub-qərbdə və Səbzəvardan 55 kilometr (34 mil) cənubda yerləşir. Geoloji cəhətdən bu vadidə Dördüncü dövr çöküntüləri ilə mergelkonqlomeratın növbələşməsi burada müəyyən formasiyaların yaranmasına səbəb olmuşdur. Vadidə mövsümi şəlalələr mövcuddur. Vadinin ucunun bir hissəsində vadi o qədər dar və dəhşətli olur ki, bəzən iki nəfər o hissədən keçə bilmir. Ərvah Səbzəvar dərəsində maral kimi heyvanlar yaşayır. Bundan əlavə, dərədə su eroziyasının nəticəsində daş sütunlar yaranmışdır.[1][2][3]

Ərvah Səbzəvar dərəsi
  1. "تهیه طرح مطالعاتی دره ارواح ششتمد سبزوار". باشگاه خبرنگاران جوان (fars). 2020-11-05. 2022-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2022.
  2. "تهیه طرح مطالعاتی درباره دره ارواح ششتمد". خبرگزاری صدا و سیما (fars). 2020-11-05. 2022-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2022.
  3. "دره ارواح سبزوار در روستای چاه سوخته". اسرارنامه (fars). 2020-04-12. 2022-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2022.