Dördüncü dövr

Dördüncü dövr[1]Beynəxalq Stratiqrafiya Komissiyasının (ICS) geoloji vaxt bölgüsündə Kaynozoy erasının üçüncü – ən sonuncu dövrüdür. O Neogen dövründən sonra gəlir və 2.58 milyon il əvvəldən bu günə qədər olan dövrü əhatə edir.[2] Dördüncü dövr iki epoxaya bölünür: Pleystosen (2.58 milyon il əvvəldən 11.7 min il əvvələ qədər) və Holosen (11.7 min il əvvəldən bu günə qədər).[2] Bu nisbətən qısa geoloji zaman kəsiyində Yerin müasir siması və təbiətinin formalaşması, insanın meydana gəlməsi və inkişafı bağlıdır. Nəhayət Dördüncü dövr çöküntülərində bir sıra faydalı qazıntı yataqları yerləşir. Buna görə də Dördüncü dövr digər geoloji dövrlərlə müqayisədə çox qısa olsa da müstəqil dövr kimi ayrılır.[3]

Elmi tədqiqatların tarixi

[redaktə | mənbəni redaktə et]

Dördüncü dövr temini 1759-cu ildə italyan geoloqu Covanni Ardyuno tərəfindən İtaliyanın şimalındakı Po çayının vadisindəki alyüvial yataqlar üçün təklif etmişdir. 1829-cu ildə Jules Desnoyers Fransanın Sien hövzəsinin çöküntüləri üçün təqdim etmişdir. Bu çöküntülərin Üçüncü Dövrün süxurlarına nisbətən cavan olduğu açıq-aşkar görünürdü.

Dördüncü dövr Neogen Dövründən sonra gəlir və bu günə qədər uzanır. Dördüncü dövrü buzlaşmaların zaman kəsiyində təsnifləndirilməsi (Pleystosenə kimi) və hazırkı buzlaşma dövrü (Holosen) əhatə edir.

Dördüncü dövrün bölgüləri
Sistem/

Dövr

Şöbə/

Epoxa

Mərtəbə/

Yaş

Yaş

(Milyon illə)

Dördüncü Holosen 0.0117–0
Pleystosen Üst 0.126–0.0117
Orta 0.781–0.126
Kalabriya 1.80–0.781
Gelas 2.58–1.80
Neogen Pliosen Piasenziya daha qədim
Dördüncü dövrün bu bölgüləri Beynəxalq

Stratiqafiya Komissiyası tərəfindən 2016-cı ilin

aprel ayında qəbul olunmuşdur[2]

Azərbaycanın və Xəzər əyalətinin antropogen çöküntülərinin stratiqrafiyasının əsası E.Eyxvald, O.A.Qrimm, X.Şeqren, A.İ.Sorokin, S.Simonoviç, P.Y.Voloroviç, İ.F.Sintsov və başqalarının tədqiqatları ilə qoyulmuşdur.[3]

Antropogen çöküntülərin faunastratiqrafiyasının öyrənilməsində Azərbaycan alimlərindən D.A.Ağalarova, Q.Ə.Əlizadə, X.M.Şeydayeva-Quluyeva, B.G.Vəkilov, Ə.A.Əlizadə və başqalarını gösətərmək olar. Bu tədqiqatlar içərisində B.G.Vəkilovun (1969) "Şimal-şərqi Azərbaycanın anrtopogen çöküntüləri" adlı monaqrafiyası xüsusi əhəmiyyətə malikdir[3].

Dördüncü dövrün alt sərhəddi və onun Azərbaycanda vəziyyəti mübahisəlidir. Müasir məlumatlara görə bu sərhəd Abşeron mərtəbəsinin dabanından keçirilir. Dördüncü dövrün Azərbaycana uyğun stratiqrafik sxemi aşağıdakı cədvəldə göstərilmişdir (Məmmədov,2007).[3]

Azərbaycanın xronostratiqrafik sxemi
Dördüncü dövr Əsas bölgülər Mütləq yaş (min il)
Holosen Müasir çöküntülər

Yeni Xəzər

Xvalın

2

6

10–12

Pleystosen Üst Yenotayev reqres. (10–12) – (23–24)
Alt Xvalın (23–24) – (50–55)
Altel. reqressiyası (50–55) –

(110–114)

Üst Xəzər
Orta Reqressiya (110–114) – 380
Alt Xəzər
Alt Reqressiya 380 – 500
Üst Bakı
Alt Bakı 500 – 600
Türkan 600 – 780
Eopleystosen (Abşeron) Üst Abşeron 780 – 930
Orta Abşeron 930 – 1150
Alt Abşeron 1150 – 1370

Daha çox məlumat: Dördüncü dövr geologiyası

İnsanların yaranması ilə də tanınan Dördüncü dövr 2.6 milyon il intervalda hesablanır. Bu qısa müddət ərzində plitələr tektonikası nəticəsində qitələrin yerləşməsində kiçik dəyişikliklər baş verib.

Dördüncü dövr geologiyası digər dövrlərə nisbətən daha böyük məlumatlarda saxlanılıb.

Bu zaman kəsiyində başa verən əsas coğrafi dəyişikliklərə buzlaq epoxası ərzində Bosfor və Skagerrak boğazlarının əmələ dəlməsi daxildir, hansı ki, Qara dənizBaltik dəznizi şirin suların içinə bağlanır. Ingilis kanalının periodik olaraq dolması Avropa qitəsiBritaniya arasında torpaq körpüləri formalaşdırır. Berinq boğazının periodik bağlanması AsiyaŞimali Amerika arasında torpaq körpüləri formalaşdırır və buzlaq suları tərəfindən Amerikanın şimal-qərbinin Skablandslarının periodik daşqınları baş verir.

Hudzon körfəzinin hazırkı ölçüsü, Böyük GöllərŞimali Amerikanın digər gölləri gec buz dövründən etibarən Kanada Qalxanı nəticəsində formalaşmışdır. Dördüncü dövrün üst hissəsində müxtəlif sahil xətləri mövcuddur.

Dövrü buzlaşmalarla kontinental buzlaşmalar qütblərdən 40 dərəcəlik paralelə qədər uzanırdı. Pleystosen epoxasının sonunda Şimal zonalarda böyük məməlilərin kütləvi şəkildə nəsili kəsilməyə başqadı. Qılınc dişli pişiklərin, mamontların, mastodonların (mamonta oxşar fillər), qliptodonların və s. Yerdə nəsli kəsilməyə başladı.[4][5]

Dördüncü dövr və ya Antropogen 

[redaktə | mənbəni redaktə et]

Yerin inkişaf tarixinin müasir mərhələsini əhatə edən geoloji dövrdür, Kaynazoy erasının PaleogenNeogendən sonra gələn üçüncü (cari) dövrü olaraq, 2.588 mln. il əvvəl başlamış və bu günə qədər davam edir. Məhz bu dövrdə əksər müasir relyef formaları formalaşmış və Yer tarixinin çoxlu mühüm (insan baxımından) hadisələri, o cümlədən buzlaq epoxası (dövrü) və insanın əmələ gəlməsi baş vermişdir.

Digər geoloji dövrlərlə müqayisədə bu dövrün məxsusi xüsusiyyətləri "Dördüncü dövrün geologiyası" kimi geologiyanın xüsusi qolunun ayrılmasına imkan vermişdir. Dördüncü dövr iki: Pleystosen və Holosen epoxalarına ayrılır.

Dünyada bir çox filiz (səpinti mənşəli) və qeyri-filiz yataqları, o cümlədən qızıl, platin, qalay, almaz, tikinti və kimya materialı yataqları Dördüncü dövr çöküntüləri ilə əlaqədardır.

Dördüncü dövrün öyrənilməsi üzrə Beynəlxalq İttifaq (İNQUA) dünyanın Dördüncü dövrü öyrənən minlərlə mütəxəssisini öz ətrafında toplayan ictimai təşkilatdır. 1928-ci ildə yaradılmış, dörd ildən bir öz konqresini keçirir. Sonuncu, 18-ci konqres 2011-ci ildə İsveçrənin Bern şəhərində keçirilmiş, dünyanın 75 ölkəsindən 2000 mindən çox mütəxəssis bu toplantıda iştirak etmişdir.

Azərbaycan ərazisinin hər yerində Dördüncü dövrün çöküntüləri geniş yayılmışdır və ölkəmizdə onlar kifayət qədər ətraflı öyrənilmişdir. 1975-ci ildə sahə mütəxəsislərinin birgə əməyinin məhsulu olan 1:500000 miqyaslı "Azərbaycanın Dördüncü dövr çöküntülərinin xəritəsi" və "Azərbaycanın Dördüncü dövr çöküntülərinin geologiyası" monoqrafiyası tərtib edilmişdir. Bu işlərə görə müəlliflər (S.Əlizadə, Ə.Bayramov, Ə.Məmmədov və N.Şirinov) Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.

  1. "Binəqədi dördüncü dövr faunası". Geologiya və Geofizika İnstitutu (az.). 2016-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  2. 1 2 3 "Arxivlənmiş surət" (PDF). 2016-04-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-06-16.
  3. 1 2 3 4 Azərbaycanın geologiyası. I cild. Bakı-2015
  4. Haynes. "Stanford Camelops" Arxivləşdirilib 2014-03-09 at the Wayback Machine (PDF).
  5. "Extinct American Cheetah Fact Sheet" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machinelibrary.sandiegozoo.org. Retrieved 2015–12-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]