Ərzurum-Qars bölməsi— Şərqi Anadolu bölgəsinin dörd hissəsindən biridir. Bu hissədə dağlar üzərində uzanan yaylalar və inkişaf etmiş düzənliklər vardır. Bölmə geniş yaylalara malikdir və çox hündürdür. Onun dəniz səviyyəsindən orta hündürlüyü təxminən 2000 metrdir. Kontinental iqlimə malik bölgədə qış çox soyuq keçir. Bura Türkiyənin ən soyuq yeridir. Daha yüksək ərazilərdə havanın temperaturu -40 °C-ə çatır. Yayda burada hava ümumiyyətlə yağışlı olur. Sadəcə İğdırın hündürlüyü aşağı olduğu üçün burada fərqli iqlim hökm sürür. Bölmənin bu hissəsində pambıq, buğda, şəkər çuğunduru, tərəvəz və meyvə becərmək mümkündür. Burada yaşayan əhalinin dolanışığı əsasən əkinçilik və heyvandarlıqdan ibarətdir.
İllər: Ərdəhan, Ərzurum, İğdır və Qars
Əhəmiyyətli mərkəzlər: Qars, Ərdəhan, İğdır, Ərzurum, Gölə, Oltu, Xınıs, Sarıqamış, Kağızman, Duzluca, Diqor
Dağlar: Allahuəkber, Qısır dağı, Qarğabazarı və Palantökən
Düzənliklər: Ərzurum, İğdır və Qars düzənlikləri