Ağrı vadisi — Şərqi Anadolu ilə Kiçik Qafqaz dağlarının arasında yerləşən düzən vadi. Vadi şərqdən Göyçə gölü, şimaldan Alagöz dağı, cənubdan Ağrı dağı ilə sərhədlənir. Düzənlik Araz çayı tərəfindən iki hissəyə bölünmüşdür: şimali (böyük), cənubi (kiçik). Şimali hissə hazırkı Ermənistan ərazisində yerləşir. Cənubi hissə isə Türkiyə ərazisidir.[1] Vadinin orta hündürlüyü 800–1000 metr təşkil edir. Uzunluğu isə 90 kilometrdir. Vadinin dəniz və okeanlardan uzaqlığı onun iqliminə böyük təsir göstərir. Bu səbəbdən iqlimi kontinenraldır. Rütubətli isti yaya malikdir. Ağrı vadisi Ermənistanın ümumi ərazisinin 4% təşkil edir. Bununla belə Ermənistanın təsərrüfatı istehsalının 40% verir. Vadinin Ermənistan hissəsi əkinçiliyə cəlb edilmişdir. Vadi əsasən Araz və onun sol qolları (Metsamor, Abaransu, Zəngiçay və digər) ilə suvarılır. Bölgə üzüm, meyvə becərilməsi üçün əlverişlidir.
Ağrı vadisi | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 800–1000 m |
Uzunluğu | 90 km |
Temperatur | |
• Minimum | 33 °C |
• Maksimum | 42 °C |
• Yanvarda orta | -6 °C |
• İyulda orta | 26,5 °C |
• İllik yağıntı | 200-300 mm |
Coğrafiyası | |
Çaylar | Metsamor, Abaransu, Zəngiçay |
Yerləşməsi | |
40°02′24″ şm. e. 44°19′48″ ş. u.HGYO | |
Ölkələr | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ağrı vadisi və Göyçə gölü ətrafı ərazilər Ermənistanın ən günəşli ərazilərindəndir. Burada il ərzində günəşli saatların miqdarı 2700 saatdır. Seyrək meşə sahələrində isə günəşli saatların miqdarı 2000 saatdır. İyundan oktyabr aylarına qədər buludlu günlər ya olmur ya da az müşahidə edilir. Yanvar ayının orta temperaturu −6 °C °, iyun ayının orta temperaturu isə 26,5 °C təşkil edir. Maksimal temperaturu 42 °C, minimal temperaturu isə 33 °C təşkil edir. Qışı mülayim soyuq, buludlu, küləksiz keçir. İllik yağıntının miqdarı isə 200–300 mm arasında dəyişir. Bəzi ərazilər şoranlıqlar və bataqlıqlardan ibarətdir. Yabanı halda səhra və şoranlığa davamlı bitkilər bitir.
Bölgəyə aid ilk insan məskənləri daha çox neolit və ya erkən eneolit dövrlərinə aiddir.