Əsəd Əhmədov küçəsi (Bakı)

Əsəd Əhmədov küçəsiBakı şəhərinin Yasamal rayonunun Yeni Yasamal yaşayış massivindəki küçə. Küçə Azərbaycanın Milli Qəhrəmanı Əsəd Əhmədovun adını daşıyır.[1] Abbas Mirzə Şərifzadə küçəsindən Bakı dairəvi avtomobil yoluna kimi uzanır.

Əsəd Əhmədov küçəsi
Ümumi məlumatlar
Ölkə
Rayon Yasamal
Uzunluğu 1,5 km
Eni 14 m
metro İnşaatçılar
Ə.Əhmədov küçəsi təmir zamanı (2018)

Əsəd Əhmədov küçəsi Yeni Yasamalın əsas küçələrindən olan Məhəmməd Xiyabani küçəsinə paraleldir. Küçədə 77 və 211 saylı marşrut avtobusları hərəkət edir.

Küçə sonuncu dəfə 2018-ci ildə əsaslı təmir olunub. Təmir zamanı küçə boyu hər bir istiqamət üzrə ümumi uzunluğu 3.2 km olan yeni piyada səkiləri inşa edilib.[2]

Kəsişdiyi küçələr

[redaktə | mənbəni redaktə et]

Əsəd Əhmədov küçəsi Abbas Mirzə Şərifzadə küçəsindən başlayır və Bakı dairəvi avtomobil yolu ilə kəsişmədə bitir.

Mühüm ünvanlar

[redaktə | mənbəni redaktə et]
Əsəd Əhmədov küçəsindəki Şuşa şəhər 1 nömrəli tam orta məktəbi
  • № 28 — Dent Star
  • № 3 — AZZA Cake House
  • № 26 — 19№-li notariat kontoru
  • № 19/1 — Bravo Market
  • № 19 — Bolmart Market
  • № 173 — Bazar Store
  • № 24B — Şərur MTK
  • № ? — Şəms MTK
  • № 2/8 — Katv 1
  • № ? — Lider Klinikası
  • № 2 — Osmanlı Hamamı
  • № 28L — Ləziz House
  • № 10 — Şuşa şəhər 1 saylı tam orta məktəbi
  • № ? — Etalon MTK
  • № ? — Etalon market
  • № 2 — 308 saylı tam orta məktəb
  • № 9 — Albalı Uşaq Bağçası
  • № ? — Yasamal Yanğından Mühafizə Xidməti
  • № ? — Su Nəqliyyatı Polisi
  1. "Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əsəd Cəlal oğlu Əhmədovun ad günüdür" (az.). Qazilər İnformasiya Portalı. 2017-07-15. 2019-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-25.
  2. Əsəd Əhmədov küçəsinin əsaslı şəkildə yenidən qurulması yekunlaşır Arxivləşdirilib 2019-08-24 at the Wayback Machine — 9 iyul 2018

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]