Əsəd ibn Yəzid

Əsəd ibn YəzidƏrəb Xilafətinin Ərməniyyə hakimi, Yəzid ibn Məzyədin oğlu, ilk Şirvanşah I Heysamın əmisi.

Əsəd ibn Yəzid
Əsəd ibn Yəzidin gümüş dirhəmi. Azərbaycan Tarixi Muzeyi
Əsəd ibn Yəzidin gümüş dirhəmi. Azərbaycan Tarixi Muzeyi
Vəzifədədir
801 – 802; ~810-cu ildən
ƏvvəlkiYezid ibn Məzyəd
SonrakıMəhəmməd ibn Yezid; İshaq ibn Süleyman
Şəxsi məlumatlar
Doğum tarixi VIII əsr
Vəfat tarixi IX əsr
Fəaliyyəti hərbi lider[d]
Atası Yəzid ibn Məzyəd

Atasının Ərməniyyə əmiri olduğu dövrlərdə özü Mosul hakimi idi. 801-ci ildə atasının ölümündən sonra Ərməniyyə hakimi təyin olunmuş, lakin daha sonra bu vəzifə əlindən alınaraq qardaşı Məhəmməd ibn Yezidə verilmişdir. Xəlifə əl-Amin dövründə, 810-cu illərdə yenidən Ərməniyyə hakimi təyin olunmuş, bu postda Xuzeyma ibn Kazımı əvəz etmişdir. O burada Yəhya ibn Səid və İsmail ibn Şüeybin üsyanını yatırmaqla məşğul olmuş, daha sonra onları həbs etmişdir. Lakin onları bağışlaması bu vəzifədən qovulmasına səbəb olmuşdur.[1]

  1. Ter-Ghewondyan, Aram (1976). The Arab Emirates in Bagratid Armenia.