Əsəd ibn Yəzid — Ərəb Xilafətinin Ərməniyyə hakimi, Yəzid ibn Məzyədin oğlu, ilk Şirvanşah I Heysamın əmisi.
Əsəd ibn Yəzid | |
---|---|
| |
Ərəb Xilafətinin Ərməniyyə hakimi | |
Vəzifədədir | |
801 – 802; ~810-cu ildən | |
Əvvəlki | Yezid ibn Məzyəd |
Sonrakı | Məhəmməd ibn Yezid; İshaq ibn Süleyman |
Şəxsi məlumatlar | |
Doğum tarixi | VIII əsr |
Vəfat tarixi | IX əsr |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Yəzid ibn Məzyəd |
Atasının Ərməniyyə əmiri olduğu dövrlərdə özü Mosul hakimi idi. 801-ci ildə atasının ölümündən sonra Ərməniyyə hakimi təyin olunmuş, lakin daha sonra bu vəzifə əlindən alınaraq qardaşı Məhəmməd ibn Yezidə verilmişdir. Xəlifə əl-Amin dövründə, 810-cu illərdə yenidən Ərməniyyə hakimi təyin olunmuş, bu postda Xuzeyma ibn Kazımı əvəz etmişdir. O burada Yəhya ibn Səid və İsmail ibn Şüeybin üsyanını yatırmaqla məşğul olmuş, daha sonra onları həbs etmişdir. Lakin onları bağışlaması bu vəzifədən qovulmasına səbəb olmuşdur.[1]