Əsən Buğa xan(Uyğurca: اسن بغای خان); doğ.1417— öl.1462) — Moğolustan hakimi, Sultan Üveys xanın oğlu.
Əsən Buğa xan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | 1462 |
Atası | Sultan Üveys xan |
Uşağı | |
Ailəsi | Çingizlilər, Cığataylılar |
Əsən Buğa xan Sultan Üveys xan oğlu 1417-ci ildə anadan olmuşdu.Satuk xanın ölümündən sonra əmirlərin istəyi ilə xanlıq taxtına əyləşdi. Böyük qardaşı Yunus xan tərəfdarları olan 30 000 moğolla birlikdə Səmərqəndə Əmir Uluqbəyin yanına getdi. Onun yeniyetməliyindən istifadə edən ulus əmirləri ölkəni istədikləri kimi idarə etməyə başladılar. İş o yerə çatdı ki, məclis zamanı onun gözləri qarşısında naibi Teymur bəy Uyğuru öldürdülər.
Əsən Buğa xan təlaşla ordugahı tərk edib qaçdı. Bir neçə gündən sonra Seyid Əli Duqlat tərəfindən tapılıb Aksu şəhərinə gətirildi. Bu şəhər yeni mərkəz seçildi.
Təxminən 1456-cı ildə Teymurlu hökmdarı Sultan Əbu Səid mirzə Yunus xanı qardaşı Əsən Buğa xanın üzərinə göndərdi.Nəticədə Yunus xan bütün Qərbi Moğolustana yiyələndi.
Əsən Buğa xan 1462-ci ildə vəfat etdi.