Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Yunus xan (Uyğurca: يونس خان); 1415 və ya ən geci 1417, Moğolustan – 1487, Daşkənd) — Moğolustan hakimi, Sultan Üveys xanın oğlu.
Yunus xan | |
---|---|
1468 – 1487 | |
Əvvəlki | Dostməhəmməd xan |
Sonrakı | I Sultan Mahmud xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1415 və ya ən geci 1417 |
Doğum yeri | |
Vəfat tarixi | 1487 |
Vəfat yeri | |
Atası | Sultan Üveys xan |
Uşaqları |
oğlanları: I Sultan Mahmud xan, I Sultan Əhməd xan |
Ailəsi | Çingizlilər, Cığataylılar |
Dini | islam |
Yunus xan Sultan Üveys xan oğlu 1415-ci ildə anadan olmuşdu. Əmirlərdən Mirək Türkman və İrazan Barin 30 000 moğolla birlikdə Səmərqəndə Əmir Uluqbəyin yanına aparmışdı. Əmir Uluqbəyin əmri ilə bu moğolların bir qismi qırılmış, bir qismi qula çevrilmişdi. Yunus oğlan Herata, Uluqbəyin atası Şahruxun yanına göndərilmişdi. O, 12 il Şahruxun yanında, əvvəlcə Heratda, sonra Şirazda mükəmməl təhsil almışdı.
Təxminən 1456-cı ildə Teymurlu hökmdarı Sultan Əbu Səid mirzə onu Əsən Buğa xanın üzərinə göndərdi. Nəticədə Yunus xan bütün Qərbi Moğolustana yiyələnmişdi. Yunus xanın paytaxtı öncə Qaşqar, sonra Yeddikənd olmuşdu.
Yunus xan 1468-ci ildə Dostməhəmməd xanın vəfatından sonra bütün Moğolustanın baş hökmdarı qəbul olunmuşdu. 1485-ci ildə Daşkəndi oyratların əlindən almışdı.
Yunus xan 1487-ci ildə iflicdən vəfat etdi.